22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Putin Paşinyanı Moskvaya çağırır: Ərdoğanın tələbi və Əliyevlə görüşə hazırlıq
Siyasət 7.10.2021 540

Paşinyan Putinin qəbuluna gedir: Peskov dəqiq tarix açıqlamasa da, bunun yaxın vaxtda olacağını deyib.


Putin-Paşinyan görüşünün iki aktual gündəminin olacağı mümkündür:

Birincisi, Soçidə Ərdoğan-Putin razılaşmasının İrəvana izah edilməsidir.

Bura “altılıq platforması”, Zəngəzur dəhlizinin açılması, normallaşma mərhələsinin başlanması kimi məsələlər daxildir. Ərdoğan Soçi görüşündən sonra açıqlamasında bildirdi ki, “Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan cavab gözləyirlər”. İstisna deyil ki, görüşdə Putinlə bu məsələnin tezləşdirilməsi istiqamətində razılıq əldə edilib. Və Soçi görüşünün ardından Paşinyanın Moskvaya dəvət edilməsi də buna hesablanıb.

Paşinyan “altılıq platforması”nın “hansı məqsədlə, hansı şəraitdə və hansı prinsiplərə əsasən işləyəcəyini anladıqdan sonra, dəqiq mövqe bildirəcəklərini” deyir. Bu, erməni baş nazirin daha çox ictimai rəyə hesablanmış açıqlaması kimi görünür, çünki Bakı və Ankara ilə münasibətlərin normallaşmasını hələ də süngü ilə qarşılayanlar var.

Hərçənd, Soçi görüşündən sonra Paşinyanın Moskvaya dəvət edilməsi Ermənistanın qərar verməsində ciddi rol oynayacaq.

Burada Moskvanın Ankara-İrəvan xəttində vasitəçi olmaq marağı da var: ruslar Ərdoğanla Paşinyanın arasında Qaribaşvilinin vasitəçi olmasını istəmirlər;

İkincisi, Əliyevlə Paşinyanın görüşünün təşkili üzərində müzakirələr aparıla bilər.

Əməkdaşlıq platformasının qurulması üçün Bakı və Uİrəvan arasında həll edilməli məsələlər var: sərhədlərin delimitasiyası prosesinin yekunlaşması, üçtərəfli razılaşmaların bəndlərinin icrası və s;

Minsk qrupu liderlərin görüşünü təşkil etmək niyyətindədir, Rusiya həmsədr ölkə kimi bunu dəstəkləyir, lakin həlledici müzakirələrin Moskvanın nəzarətindən kənarda olmasına qarşıdır. Bu baxımdan, Putin-Paşinyan görüşündə həm də Moskvanın vasitəçiliyi ilə Əliyev-Paşinyan görüşünə qərar verilə bilər.






Starxeber Bizi instagramda izləyin