Dünya çempionatına hazırlaşan Rafael Ağayevin AYAĞI SINDI

Karate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.


Oxu.Az-ın xəbərinə görə, tanınmış idmançımız fərdi şəkildə məşq edərkən sol ayağı burxularaq sınıb.

Bu səbəbdən də onun 16-21 noyabrda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

 

Qeyd edək ki, Rafael Ağayev bu ay Moskvada keçirilmiş Karate1 Premyer Liqa turnirinə də qatılmamışdı.



Showxeber Bizi instagramda izləyin



İdman 7.10.2021 1 209
Bütün Xəbərlər