17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
MÜSTƏQİL VƏTƏNİN MEMARI
Sosial 6.10.2021 452

“Ölkə parçalanırdı,
Şimal, Cənub, Şərq və Qərb
Bir yandan talanırdı,
Bir yandan da qanlı hərb!”... 
    Müəllifi olduğum “Müstəqil Vətənin Memarı” poemasından nümunə gətirdiyim bu bir bənd şeir parçası 1990-cı illərin respublikamızdakı ictimai-siyasi və geopoliktik mənzərəsini canlandıran bədii etiketdir. 
    Hər birimizin gözləri önündə cərəyan edən və dağıdıcılıq funksiyası ilə yüklənən həmin dövrün tarixi gerçəkliyi Sovet İttifaqının öz relsindən çıxmağa doğru irəlilədiyi bir zamanda ona bağlı olan respublikalarda xaos yaranmışdı. Üstəgəl, bəzi respublikalarda milli münaqişələr qızışmış, həddini aşmaq dərəcəsinə çatmışdı. 
    Azərbaycanda isə vəziyyət daha da acınacaqlı həddə yüksəlmişdi. Həm yaranmış vəziyyətin respublikamızda təlatüm yaratdığ siyasi və ictimai gərginlik, həm də milli münaqişənin məqsədli şəkildə “yuxarıdan” (Moskva) ifrat həddə çatdırılması, üstəgəl, Sovet İttifaqının başında dayanan M.S.Qorbaçovun millətimizə və xalqımıza qarşı göstərdiyi mənfi münasibət, bu münasibətin yanında erməni millətinə verdiyi açıq dəstək, həmin dəstək hüdudunda Qorbaçovun özü tərəfindən ortada olan münaqişənin qızışdırılması və bizi təkləmək mövqeyi, eyni zamanda, sözügedən dövlətə xas olan gizli basqıların qərəzli məkri ilə yoğrulmuş hikkəsinin üzərimizə çökdürülməsi, səsimizin heç yerdə eşidilməməsi məqsədi ilə ətrafımızda yaradılan informasiya blokadasının qurulması və sair bu kimi digər mənfur əməllərin tüğyan həddinə çatdırıldığı bir zamanda millətimizin böyük və təəssübkeş oğlu Heydər Əliyevin səhhətinin gərgin vəziyyətində, qəhrəmancasına ölüm-dirim mübarizəsinə qalxması, bu yolda dönməz fəaliyyəti ilə apardığı polad əzmli mübarizəsi bizə qarşı törədilən bütün mənfur əməlləri az zaman işində əritdi və yox etdi. Çünki Heydər Əliyev xalqımıza qarşı aparılan kirli oyunlara, konkret olaraq 210 yanvar faxiəsinə, hələ Moskvada ikən qorxmadan, çəkinmədən, özünü təhlükə qarşısına ataraq etiraz mövqeyini açıq şəkildə və böyük risklə bəyan etdi. Bu bəyanat dünyanın diqqət mərkəzində olmaqla yanaşı, həm də mərkəzi aparatı və onun əllaməçilərini dərindən sarsıtdı. 
    Heydər Əliyevin cəsarəti və sarsılmaz siyasəti qarşısında tab gətirməyən, mərkəzə xidmət edən monqurdlar bir müddətdən sonra ya ölkədən qaçdılar, ya da iflasa uğrayaraq məğlub oldular. Çünki, onların qarşısında, dünyanın məlum siyasət sisteminə adekvat olmayan, özünün şəxsi idrak və zəka arealında yoğrduğu və istismar etdiyi, dərin elmi əsaslara söykənən bənzərsiz siyasi məfkurəsi ilə bütün siyasi gedişləri mat vəziyyətinə gətirən ən sanballı sima – Heydər Əliyev fenomeni dayanmışdı. 
    Bütün həyatını, fəaliyyətini, məfkurəsini Azərbaycanın quruculuğuna sərf edən, parlaq əməlləri ilə Ulu Öndərlik zirvəsinə yüksələn ümummilli liderimiz Heydər Əliyev həmin dövrün siyasi mənzərəsini əvvəlcədən görür, onu öz siyasi təfəkkütr sistemində süzgəcdən keçirir, irəlidə baş verəcək hadisələrin və siyasət meydanında gedişatın coğrafi xəritəsinin konturlarını müəyyənləşdirir, tarixi gerçəkliyin yaratdığı fürsəti əldən verməyərək qurduğu dövlətçiliyimizi rəvan yola çıxartmaq üçün qarşısındakı bütün maneələri öz dərin bilik qüdrəti ilə dəf edir və dünyanın diqqətini ölkəmizə yönəldirdi.
    Bütün bu əvəzsiz xidmətlərin müəllifi, dərin ağlı ilə gedişatı tənzimləyən və dövlətimizi, eyni zamanda xalqınızı işıqlı yola çıxaran böyük Heydər Əliyev özündən sonra elə bir yol yaratdı ki, həmin yol, bizə, bu günkü fəxarət kürsüsündə bərqərar olmaq xoşbəxtliyini bəxş etdi. Dövlətimizi, millətimizi və xalqımızı nurlu gələcəyə doğru uğurladı. 
    1993-cü ilin gərgin situasiyaları, həm xarici qüvvələrin dağıdıcı mövqeyi, həm də daxili çəkişmələrin, vəzifə davası üstündə vətəndaş müharibəsi yatarmaq niyyəti ilə gərdiş edən milli monqurdların yırtıcılıq əməlləri dözülməz həddə çatmışdı. Müdrik xalqımız bu vəziyyətdən çıxmaq üçün xalqımızın xilaskar oğlu Heydər Əliyevə üz tutdu və təkidlə milləti bu ağır vəziyyətdən çıxarmaq üçün o vaxtlar blokada şəraitində olan Naxçıvandan Bakıya dəvət etdi. Doğrusunu deməliyik ki, o zamanlar dövlətin başında dayananlar da, şəxsən prezidentin özü belə, xilas yolunu Heydər Əliyevdə gördü və respublikamızı düşdüyü vəziyyətdən çıxarmaq üçün başqa yol olmadığını etiraf etmək məcburiyyətində qaldı.
    Ümummilli lider Heydər Əliyev vəziyyətin kritik halda olduğunu, Azərbaycanın parçalanmaq vəziyyətinə çatdırıldığını görərək və həm o vaxtkı ölkə prezidentinin təlaşlı xahişini, həm də xalqımızın böyük əksəriyyətinin ərk dolu müraciətini nəzərə alaraq, ən əsası isə hələ sovetlər dövründən öz vətəninə, milli ideologiyaya can-dildən xidmət edən, milli məsələləri özündə vətəndaşlıq borcu kimi həmişə yüksək tutan o dahi şəxsiyyət xalqımızın nəhəng siyasi lideri Heydər Əliyev bu vəziyyətdən çıxmaq üçün, hətta canı bahasına olasa belə, dövlət və xalq naminə Bakıya gəldi. Pespublikada baş verən vəziyyəti yaxından araşdırdı, təftiş etdi, qan tökülməsinin qarşısını aldı, müdrik zəkası ilə fırtınanı ram etdi, sakitliyin bərqərar olmasına rəvac verdi. 
        Əlbəttə ki, bütün bu parlaq təntənə, 1993-cü ilin prezident seçkilərində xalqımızın Heydər Əliyev fenomeninə güvəncinin təməli ilə ərsəyə gələn gerçəklikdir. Bu gerçəklik bizdə, bu günkü Dəmir Yumruq devizinin və bu sarsaılmaz deviz ətrafında sıx birləşməyin, bununla da işıqlı gələcəyimizin əbədiliyini ərsəyə gətirməyin təminat fəlsəfəsini yaratdı. Odur ki, biz 1993-cü ilə başqa nəzərlərlə baxmalıyıq. Bu tarix, xalqımızın və dövlətimizin taleyinin müəyyən olunduğu, qızıl hərflərlə yazılan unudulmaz həqiqətlərinin tarixdir. Bu tarix, Heydər Əliyev dühasının Azərbaycan dövlətinə və xalqına öz işıqlı zəkası ilə Günəş kimi nur ələdiyi tarixdir. Azəırbaycan məhz bu tarixi gerçəkliklə öz parlaq gələcəyini müəyyən edən həqiqətə qovuşmuşdur! 
    Nə qədər ki, Heydər Əliyev yolu yaşayır, Azərbaycan dövləti və xalqı da həmin nurlu yolun yolçuları olaraq daim firavan həyat ritmi ilə xoşbəxt ömür sürməklə həyatını davam etdirəcəkdir! 
    Yolumuz rəvan, gələcəyimiz parlaq, Heydər Əliyevin nurlu ideyaları əbədi olsun!   

İFTİXAR PİRİYEV    
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, 
Əməkdar mədəniyyət işçisi.







Starxeber Bizi instagramda izləyin