17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Umayra Tağıyeva: "Havanın temperaturu ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır"
Sosial 7.10.2021 291

"Bu ilin oktyabr ayı havanın temperaturunun aşağı düşməsi, yağışlı və çiskinli günlərlə başlayıb. Hətta bəzi bölgələrdə son altı gündə ay ərzində düşən miqdarda yağıntı qeydə alınıb, yağıntılar intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb".

Operativ24.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib

O qeyd edib ki, ayın əvvəli son illərdə oktyabr ayında müşahidə edilən hava şəraitindən xeyli fərqlənib: "Paytaxt buludlara büründü, tutqun payız ab-havası bizi əhatə etdi, hər gün yağış yağdı. Buna səbəb Mərkəzi Rusiyadan gələn soyuq antisiklonun qolu və sıra-sıra ərazimizə daxil olan soyuq atmosfer cəbhələrinin təsiridir”.

U.Tağıyevanın sözlərinə görə, düşən yağıntının miqdarı Şəmkirdə aylıq normanın 94, Ağstafada 103, Oğuzda 93, Balakəndə 98, Zaqatalada 111, Lənkəran-Astara zonasında 23-41 faizini (63-103 mm) təşkil edib:

"Bu ay həmçinin sel hadisələri də qeydə alınıb. Yağan leysan yağışlar nəticəsində Əsrikçay-Əsrikcırdaxan (Tovuz), Girdimançay-Qaranohur (İsmayıllı), Talaçaydan (Zaqatala) sel keçib.

Qar örtüyünün hündürlüyü Şahdağda 4, Qrız, Xınalıqda 3, Ləzədə 2 sm təşkil edib. Havanın orta sutkalıq temperaturu 16.9, 2020-ci ilin müvafiq dövründə isə 20.2 dərəcə isti olub ki, bu da ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır”.






Starxeber Bizi instagramda izləyin