10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Manşet / Maqazin 16.04.2019 643

Söyüş qalmaqalına görə müğənnilər Rəşad və Rüfət cəzalandırıldı, amma Əməkdar artist və çoxlarının sevimlisi Röyanın aqibəti bəlli deyil.

Azərbaycan teleməkanında müğənni Rüfət Axundovun və həmkarı Rəşad İlyasovun qeyri-etik ifadə qalmaqalı onlara baha başa gəldi. Belə ki, əvvəlcə birinci barədə dərhal kəskin rəsmi reaksiyalar verildi. Ona efir qadağalarının qoyulduğu bildirildi və çalışdığı Mədəniyyət Mərkəzinin vokal kursunun rəhbəri vəzifəsindən azad edildi.

Bunun fonunda isə həmkarı Rəşad İlyasovla bağlı qərarın necə olacağı sual doğururdu. Lakin MTRŞ və AzTV-dən gələn açıqlamala onun cəzasız qalacağından xəbər verirdi. Hər iki tərəfdən gələn reaksiyalar Rüfət Axundovun üzərində dayanırdı və qeyri-etik ifadənin onun dilindən çıxdığını bildirirdilər.

Bu açıqlamalara baxmayaraq, qalmaqallı verilişin bütün texniki heyəti və aparıcısı da cəzalandırılaraq işdən çıxarıldı. Yəni əsas günahkarın dolayı və ya bilavasitə Rüfət Axundovun olduğu deyilsə də, paralel verilişin cavabdeh işçiləri bunun bədələni ödədi. Amma yenə rəsmi münasibətdə Rəşad İlyasovun adı qalmaqalın heç yerində çəkilmirdi.
Minval.info məhz R.İlyasovun söyüş qalmaqalında daha günahkar olduğundan bəhs edən məqalə dərc etdi. Onun hələ də açıqlama verməməsi və cəzasız qalması müammaya səbəb olmuşdu.

Bu gün isə Rüfət Axundovun yenidən efirdə – Xəzər TV-nin “Hər şey daxil” verilişinin canlı yayımında görünməsi məsələni yenidən gündəmə gətirdi. O, “MTRŞ-nın düzgün, ədalətli qərarına görə, onlara təşəkkür edirəm. Burada mənim təqsirim varsa, mən xalqımdan yenə də üzr istəməyə hazıram” söylədi. Eyni zamanda verilişdə nəhayət bəlli oldu ki, söyüş qalmaqalında onunla eyni səhnəni bölüşən Rəşad İlyasov barədə tədbir görülüb və müğənninin aparıcılıq etdiyi “Yaradanlar və yaşayanlar” proqramı qapadılıb.

Çox keçmədi ki, Rüfət Axundov “Hər şey daxil”də musiqi ifa edərkən yayım kəsildi araya reklam fasiləsi verildi. Yenidən canlı yayım efirə döndükdən sonra aparıcı Tarix Əliyev müğənninin işinin çıxdığını təcili studiyanı tərk etdiyini söylədi.

Lakin məsələ ilə bağlı açıqlama verən MTRŞ-in Aparat rəhbəri Asəf Hacıyev isə söylədi ki, müğənninin efirə çıxması ilə əlaqədar dərhal tədbir görülüb və R.Axundov efirdən uzaqlaşdırılıb. Görünən odur ki, qadağa qərarları qüvvədədir.
İndi isə Əməkdar artist Röya Ayxan ATV-nin “Zaurla Günaydın” verilişində söyüş söyməsi məsələsinə gələk. Onun açıq-aşkar qeyri-etik ifadə işlətməsinə baxmayaraq, MTRŞ tərəfindən hansısa tədbirin görüldüyü barədə məlumat verilməyib.

Əslində, “Space” TV-dəki söyüş qalmaqalında müğənni Rəşad İlyasov əsas fiqur olsa da, arxa plana düşməsi onun barədə günlər sonra qərarın açıqlanmasının ardınca Röya Ayxan haqda heç bir rəsmi reaksiyanın gəlməməsi artıq təəccüb doğurmur.

Bizə isə gec də olsa Azərbaycan tamaşaçısı qarşısında qeyri-etik ifadəyə yol verən şəxsin tezliklə cəzalandırılmasına ümid etmək düşür. İnanaq ki, MTRŞ Rüfət Axundova qarşı sərgilədiyi münasibəti eynilə Röya Ayxana da tətbiq edəcək.

Qeyd etmək lazımdır ki, sonuncu hadisədə bir qədər ictimaiyyəti də mühakimə etmək ədalətli olardı. Çünki əvvəlki qalmaqalda əksəriyyət efirdəki söyüşün tamaşaçıya təhqir olduğunu söyləyir və müğənnilərin cəzalanmasını tələb edirdi. Sonuncuda hadisə isə nədənsə bir qədər susqunluqla qarşılanır. Bunun müqabilində sanki rəsmilər üzərinə düşən vəzifəni icra etməməyə qərar verib.

Bu gedişlə efirdə söyüş söyülməsinin adi hala çevrilməsi normal görünür. Qeyri-etik ifadəyə adekvat münasibət göstərilmədiyi təqdirdə, bu, Azərbaycan teleməkanında “söyüş inqilabı”nın baş verəcəyinin anonsudur.

///Minval.info










Starxeber Bizi instagramda izləyin