Azərbaycan millisinin oyunu koronavirusa görə təxirə salındı

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının bu gün Norveç yığması ilə keçirməli olduğu Avropa çempionatının seçmə oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.


Operativ24.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda Belçikada səfərdə olan yığmanın 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) - COVID-19 testi pozitiv nəticələnib.

Bununla əlaqədar, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün millinin digər üzvlərindən daha bir dəfə COVID-19 testi götürüləcək./unikal.org



Showxeber Bizi instagramda izləyin



İdman 6.10.2021 123
Bütün Xəbərlər