16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |    
120-dən çox jurnalistlər ölkə başçısına müraciət ünvanladı
Sosial 5.10.2021 339

120-dən çox jurnalist ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. 

Operativ24.Az xəbər verir ki, bu barədə jurnalistlərdən ibarət “Az-Media” qrupu məlumat yayıb.

 Məlumatda bildirilir ki, 123 media nümayəndəsi işğaldan azad edilən ərazilərə səfər etmək üçün ölkə başçısına müraciət ünvanlayıb: 

 “Torpaqlarımızın işğaldan azad edilməsindən bir il ötməsinə baxmayaraq bəzi həmkarlarımız hələ də Qarabağa, Şuşaya və digər azad edilən ərazilərimizə gedə bilməyib. Bu barədə onlar fərdi olaraq bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsə də onların müraciətinə baxılmayıb, hətta cavab belə verilməyib. Buna görə də çoxsaylı xahiş və tələbləri nəzərə alaraq ölkə başçısı, cənab İlham Əliyevə həmkarlarımızın imzası ilə müraciət etməyi qərara aldıq. 

Tərtib etdiyimiz onlayn anketi qısa zaman kəsiyində (Bir dəfə də olsun işğaldan azad edilən ərazilərə səfər etməyən) 123 media nümayəndəsi doldurdu və ünvanlanacaq müraciətdə adının yer almasını istədi. Bütün müraciətlər toplandı, siyahı halına salındı və ölkə başçısına müraciət ünvanlandı. 

Qeyd edək ki, müraciət eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılova və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova da göndərilib. 

Ümid edirik ki, müraciətimizə müsbət cavab verilər və həmkarlarımızın işğaldan azad edilən Qarabağımıza səfəri təşkil edilər”.






Starxeber Bizi instagramda izləyin