Sosial
5.10.2021
784
Naxçıvanda keçiriləcək Türkiyə və Azərbaycan hərbçilərinin “Sarsılmaz Qardaşlıq-2021” birgə təliminin növbəti məşqləri keçirilib.
Operativ24.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi tviter səhifəsində paylaşım edib.
Nazirlikdən bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusu ilə Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun bölmələri Naxçıvanda keçiriləcək “Sarsılmaz Qardaşlıq-2021” təlimlərini məşqlərini uğurla həyata keçiriblər.