10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Azərbaycanda kovidin yeni dalğası nə vaxt gözlənilir? - Həkimdən açıqlama
Sosial 4.10.2021 397

Məktəb və universitetlərin açılmasına fərqli baxmaq lazımdır. Çünki məktəb şagirdləri peyvəndlənməyib, universitet tələbələri isə peyvəndlənib. Universitet üçün ciddi təhlükə gözlənilmir, odur ki, onların yenidən bağlanacağına inanmıram. Məktəblərdə isə yoluxma artarsa, bu məsələyə yenidən baxıla və tam yox, nisbi qapanma ola bilər.


Operativ24.Az xəbər verir ki, bu sözləri publika.az-a pulmonoloq Eldar Zeynalov deyib.

Ekspert bildirib ki, məktəb şagirdlərinin peyvəndlənməsi gözlənilir: "18 yaşından kiçik uşaqların peyvəndlənməsi də gündəmə gələ bilər. Artıq bəzi xarici ölkələrdə 13 yaşına kimi uşaqlarda peyvəndlənmə nəzərdə tutulub və hazırda onun üzərində təcrübələr aparılır. Gələcəkdə bu, bizdə də reallaşa bilər.

Əyani tədrisin bərpa olunması təbii ki, artıma təsir edəcək faktordur. Bir otaqda 10 şagirdin olması yoluxma faizini artırır və onlar uzun müddət bir-biri ilə təmasda olacaqlar. Onların daşıyıcı olub-olmamağı qeyri-müəyyəndir, odur ki, hansısa fikir söyləmək çətindir. Amma onu deyə bilərəm ki, qapanmaların olmayacağına əminəm, çünki kiçik yaşlı uşaqlar bu xəstəliyi asimptomatik keçirirlər. Mənim proqnozlarıma görə, təhsildə keçənilki kimi ləngimə və dayanmalar olmayacaq".

Həkim qeyd edib ki, havaların soyuması ilə əlaqədar respirator infeksiyaların artımı müşahidə olunacaq: "COVID-19, ya da adi qrip olmasını diaqnostik olaraq müəyyən etmək çətinlik yaradacaq. Təşvişə düşmək lazım deyil və yeni normalarla həyata davam etməliyik. Artıq bu məsələlərdə hamının məlumatı böyükdür. Hər hansı şagird, müəllim və vətəndaş özündə temperatur və ya digər simptomlar görürsə, müvəqqəti olaraq izolyasiya olmalıdır. Növbəti dalğa olsa belə, əvvəlkilər qədər yüksək olmamalıdır. Vətəndaşlar özlərini qorusa və qaydalara əməl etsə, məhdudiyyətlərin yenidən qüvvəyə minməsinin qarşısını almaq mümkün olacaq".







Starxeber Bizi instagramda izləyin