10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
"BakuBus"a məxsus avtobus piyadanı vurub öldürdü - FOTO
Hadisə 4.10.2021 318

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.


Operativ24.Az xəbər verir ki, hadisə Bakı Dairəvi yolunun Yeni Yasamal yaşayış massivi ərazisinə düşən hissəsində baş verib.

211 nömrəli marşrut xətti üzrə hərəkət edən "Iveco" markalı sərnişin avtobusunun qarşısına qəfildən piyada çıxıb. Sürücü idarəetməni itirərək piyadanı vurub. Nəticədə 30-35 yaşlı kişi hadisə yerində keçinib. Avtobusda olan sərnişinlər təxliyə edilib.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Baş vermiş hadisə ilə bağlı BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev bildirib ki, 211 nömrəli marşrut xətti üzrə avtobus hərəkətdə olan zaman bir nəfər piyada müəyyən olunmayan yerdən keçərkən qəfildən avtobusun qarşısına çıxıb. Hadisə nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alan olmasa da piyada, təəssüf ki, həyatını itirib: "Bir daha piyadalara müraciət edərək bildirmək istərdim ki, piyada keçidi olmayan yerdə, sürət həddi yüksək olan yollarda son dərəcə diqqətli olsunlar"

 (apa).








Starxeber Bizi instagramda izləyin