Avropada qazın qiyməti ilk dəfə 1200 dolları keçib

Oktyabrın 4-də keçirilən ticarət sessiyasında Avropadakı qazın qiyməti tarixi rekordunu bir daha yeniləyib və 1 000 kubmetr üçün 1200 ABŞ dollarını ötüb.


Bu barədə Operativ24.Az “TASS”a istinadən xəbər verir. Belə ki, Niderlandın TTF onlayn qaz satışı mərkəzindəki noyabr fyuçersləri 1 000 kubmetr üçün 1 200,36 ABŞ dollara (hər mVt/saat 99,99 avro) satılıb. Bildirilir ki, “Qazprom”un qaz ixracı həcmlərindəki dəyişikliklər Avropada ciddi reaksiyalara səbəb olur.

Xatırladaq ki, sentyabrın 27-də "Qazprom" şirkəti Macarıstan dövləti ilə 2036-cı ilədək qaz tədarükünü nəzərdə tutan 2 müqavilə imzalayıb. Müqavilələrə əsasən Rusiya şirkəti illik 4,5 milyard kubmetr qaz satacaq və bu qaz Macarıstan ərazisindən keçməklə Serbiya və Avstriyaya ixrac ediləcək.



Showxeber Bizi instagramda izləyin



İqtisadiyyat 4.10.2021 177
Bütün Xəbərlər