Dünya
4.10.2021
126
Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 248 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 352 214 nəfərdən test götürülüb, onların 28 810-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 33 152 nəfəri sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 87,22%-nə bir doza, 72,91%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.