17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“İran Paşinyan-Əliyev görüşünə mane olmaq istəyir” - Ararat Mirzoyan niyə qəfildən Tehrana çağırıldı?
Siyasət 4.10.2021 266

"Ermənistan nümayəndəsinin İrana səfər edəcəyi barədə qabaqcadan məlumatın olmaması, bu səfərin tələsik təşkil olunmasını deməyə əsas verir".



Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib: "Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanın qəfildən Tehrana səfər etməsi və orada İran Xarici İşlər Naziri Əmir Hüseyin Abdullahyanla görüşməsi bu gün diqqət mərkəzinə düşən xəbərlərdəndir. Ermənistan nümayəndəsinin İrana səfər edəcəyi barədə qabaqcadan məlumatın olmaması, bu səfərin tələsik təşkil olunmasını deməyə əsas verir.

 

Heç şübhəsiz iki nazir son günlər regionda baş verən prosesləri müzakirə etmək üçün bir araya gəlib. İranın son vaxtlar Azərbaycana qarşı sərgilədiyi ritorika Ermənistanın diqqətindən kənarda qala bilməzdi. Məhz Ararat Mirzoyanın İrana səfər etməsi İranın yeritməyə başladığı yeni siyasətin nədən ibarət olduğunu ermənilər tərəfindən aydınlaşdırmaq və lazım gələrsə, Azərbaycana qarşı birlikdə hərəkət etməyi planlaşdırmaq məqsədi güdür".


Ə.İbrahimov Nikol Paşinyanın Azərbaycanla danışıqlara getməsinə İran tərəfindən təzyiq göstərilə biləcəyini qeyd edib:


"Ola bilsin, Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla danışıqlara getməkdə israr etməsi heç də İranın istəyinə uyğun deyil və bu məsələdə Ermənistana təzyiq danışıqların mövzusu olub. Ermənistan-İran Xarici İşlər Nazirlərinin görüşündən sonra İranın deyil, Ermənistanın gələcək danışıqlarda mövqeyinin sərtləşdirilməsi müşahidə oluna bilər. İran rəsmiləri bəyanatları ilə onsuz da iki ölkə arasında vəziyyəti maksimim həddə gərginləşdirməyə nail olublar".


Qeyd edək ki, bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehrana işgüzar səfəri çərçivəsində iranlı həmkarı Əmir Hüseyn Abdullahiyan ilə görüşüb.

 

Əzizə Zeynal







Starxeber Bizi instagramda izləyin