10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Bakıda evlərdən və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
Kriminal 4.10.2021 350

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı müxtəlif vaxtlarda rayon ərazisində avtomobillərin şüşələrini qıraraq salonlardan oğurluq edən şəxs saxlanılıb. 



Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.


Əməliyyat zamanı Xətai rayonunda yaşayan əvvəllər məhkum olunmuş Bəybala Kamranbəyli tutularaq istintaqa təqdim edilib. 


Araşdırma zamanı onun paytaxt ərazisində 10-dan çox avtomobilin salonundan dəyərli əşyalar, maqnitofonlar oğurlayaraq dəyər-dəyməzinə satdığı məlum olub. Həmçinin saxlanılan şəxsin ətrafında aparılan əlavə araşdırmalar zamanı onun rayon ərazisində bir neçə mənzildən qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.


Qeyd edək ki, Bəybala Kamranbəyli oğurluğa gedən zaman həmin ərazilərdə yerləşdirilən müşahidə kameraları vasitəsi ilə də görüntülənib. Bu isə onun qeyd edilən hadisələri törətdiyini bir daha sübut edir. 


Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində bir mənzildən oğurluq edən Elçin Əhmədov saxlanılıb. Onun evdən 2 000 manat dəyərində qızıl və 350 manat pul oğurladığı məlum olub.


Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır. Bəybala Kamranbəyli və Elçin Əhmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Xətai Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin nazirliyin "102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.






Starxeber Bizi instagramda izləyin