22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA
Sosial 4.10.2021 262

Sosial şəbəkələrdə bəzi valideynlər 5 oktyabr Müəllimlər günü ilə əlaqədar bəzi məktəblərdə pul yığıldığını iddia edirlər.


Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, şagirdin müəlliminə ən böyük hədiyyəsi səmimi ürək sözləri ola bilər:

"İlk növbədə müəllimlərimizi “Beynəlxalq Müəllimlər Günü” münasibət ilə təbrik edirik. O ki qaldı yığımlarla bağlı qeyri-qanuni tələblərə, bununla bağlı şikayətlər varsa, valideynlər Təhsil Nazirliyinin qaynar xəttinə anonim olmadan müraciət edə bilərlər".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edilir:

 

"Ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, BŞTİ-nin Çağrı Mərkəzinə (146-0) və ya Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur".

Məsələyə təhsil eksperti Kamran Əsədov isə Trend-ə açıqlamasında bildirib ki, cəmiyyətdə ikrah doğuran bu proses əsasən valideynlər tərəfindən həyata keçirilir:

"Pul yığılması halları bütün bayramlardan öncə baş verir və maraqlıdır ki, həmin bayramların da obyekti əsasən xanım müəllimlər olur. Əvvəllər məktəblərdə əlamətdar günlərlə bağlı pulu direktor, direktor müavini, sinif rəhbəri və ya müəllimlər yığırdısa, indi bunu valideyn-müəllim assosiasiyaları edir. Əlbəttə ki, şagirdə elm öyrədənə təşəkkür etmək olar. Amma bu kütləvi şəkildə pul yığımı ilə həyata keçirilməməlidir.
Bayramlar münasibəti ilə artıq son illər məktəblərdə normal tədbirlər keçirilmir, ssenarilər yazılmır. Ssenari ancaq pul yığılmasıdır. Məsələn, Gürcüstanda heç bir əlamətdar gündə şagirdlərdən pul yığıla bilməz. Hətta valideynlər istəsələr belə bunu edə bilməzlər. Müəllimlərin özü buna imkan veməz. Bizdə isə bəzi müəllimlər əməkhaqqınının aşağı olmasını bəhanə edib, hər bayram günü gözlərini şagirdlərin əllərinə dikirlər. Pul verməyən şagirdə qarşı isə hətta psixoloji təzyiq göstərilir. Təəsüf ki, bu hallara yol verən müəllimlərimizin sayı heç də az deyil".

Ekspert orta ümumtəhsil məktəblərində yaradılan valideyn-müəllim assosiasiyalarının fəaliyyətinin düzgün tənzimlənmədiyini qeyd edib: "Bu cəmiyyətlər əslində müəllim və şagirdlər arasındakı münasibətlərin tənzimlənməsinə, təhsilin keyfiyyətinə xidmət etməlidir. Amma görürük ki, başqa məqsədlərə yönəlib. Xüsusən, müəllimin iştirak etmədiyi “WhatsApp” qruplarında valideynlər bayramlar, ad günləri və digər tədbirlərlə bağlı razılaşaraq, pul yığılmasını həyata keçirirlər. İlkin nəticədə yığılan pullar müəllimə çatır. Bu, bir növ pul yığımının məktəbin rəsmilərindən valideynlərə keçməsinə xidmət edən qrupdur".







Starxeber Bizi instagramda izləyin