22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
“Günay Bank”ın vəzifəli şəxsi 780 mindən çox qanunsuz gəlir əldə edib
Hadisə 4.10.2021 456

"Günay Bank” ASC-nin 7 saylı filialının vəzifəli şəxsləri barədə daxil olan məlumat əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.


Bu barədə Operativ24.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, qeyd edilən ASC-nin 7 saylı filialın müdir müavini Rauf Hüseynov 2018-2021-ci illər ərzində yaxın qohum və tanışlarının adına 585 şirkət təsis etməklə həmin şirkətlərin müvafiq dövlət orqanlarında qeydiyyata alınmasına nail olub.

Rauf Hüseynovun işlədiyi müəssisənin yaxınlığında icarəyə ofis götürüb qanunsuz olaraq ayrı-ayrı şəxsləri işə cəlb etməklə müxtəlif fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 53 milyon 933 min manat məbləğində pul vəsaitini özünün faktiki idarə etdiyi şirkətlərin bank hesablarına köçürülərək rəsmi möhür və elektron imzalardan istifadə edib nağdlaşdırmasına və bununla da, qanunsuz olaraq xüsusilə külli miqdar təşkil edən 780 min 691 manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr yaranıb.

İş üzrə toplanan sübutlar əsasında Rauf Hüseynov Cinayət Məcəlləsinin 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət iş üzrə əlavə halların, eləcə də digər təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq tədbirləri davam etdirilir.







Starxeber Bizi instagramda izləyin