17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Allahşükür Paşazadə sabah Qazaxıstana gedir
Siyasət 4.10.2021 984

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 5-də Qazaxıstan Respublikasına səfərə yola düşür.


QMİ-nin Mətbuat Xidmətindən Operativ24.Az-a  verilən məlumata görə, Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti ilə baş tutan səfərdə məqsəd oktyabrın 6-da paytaxt Nur-Sultan şəhərində keçiriləcək Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XIX sessiyasında iştirak etməkdir.

Qazaxıstanın ümummilli lideri Elbası Nursultan Nazarbayevin xeyir-duası ilə keçirilən Dünya və ənənəvi din liderlərinin mütəmadi qurultaylarının daimi iştirakçısı və Qurultay Katibliyinin üzvü olan Şeyxülislam A. Paşazadənin 5-7 oktyabr tarixlərində Qazaxıstan paytaxtına həyata keçirəcəyi səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri və ölkənin dini lideri ilə görüşləri, Lev Qumilyov adına Qazaxıstan Avrasiya Universitetində mühazirəsi və aparıcı yerli media qurumlarına müsahibəsi nəzərdə tutulub.

QMİ sədri Şeyxülislam A. Paşazadənin Nur-Sultana səfər müddətində Qazaxıstanda yaşayan azərbaycanlı soydaşlarımızla görüş, Vətən müharibəsinin birinci ildönümünü ilə əlaqədar Vətən şəhidlərinin anım mərasimləri təşkil ediləcək.






Starxeber Bizi instagramda izləyin