Saakaşvilinin qaldığı mənzilin sahibi HƏBS EDİLDİ

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Tbilisidə qaldığı mənzilin sahibi həbs olunub.


Operativ24.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin kriminal polis rəisi Mamuka Çelidze bildirib.

"Tbilisi Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində 1958 -ci il təvəllüdlü mənzil sahibi bir cinayəti gizlətdiyinə görə saxlanılıb", - deyə Çelidze vurğulayıb.

Qeyd edək ki, Saakaşvili Tbilisidə Qldani-Nadzaladevi rayonunda mənzillərin birində saxlanılıb.



Showxeber Bizi instagramda izləyin



Dünya 2.10.2021 50
Bütün Xəbərlər