17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Azərbaycanda toy aparan tamada koronavirus xəstəsi çıxdı
Hadisə 1.10.2021 217

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.


DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, rayonun Yuxarı Tala kənd sakini Elgün Abdurzayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb olunub və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. 

Buna baxmayaraq həmin şəxsin yaşadığı ünvanı tərk etdiyi və restoranların birində keçirilən toy məclisinə masabəyi qismində iştirak etmək məqsədilə gəldiyi müəyyən olunub. Polis əməkdaşları tərəfindən yoxlanılan zaman onun koronavirus xəstəsi olduğu aşkarlanıb və mərasimdə iştirakının qarşısı alınıb. İnfeksiyanın yayılmasına real şərait yaradan E.Abdurzayevlə izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Hazırda onun barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.







Starxeber Bizi instagramda izləyin