22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Ermənistan onun üzərinə düşən öhdəlikləri icra etməyə məcburdur
Sosial 30.09.2021 293

Sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlamasından bir il ötdü. 44 günlük müharibə ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, o cümlədən Dağlıq Qarabağın bir hissəsini azad edib, Şuşaya bayrağını sancıb, Zəfər gününü təsis edib.

Tarixə Vətən müharibəsi adı ilə düşən II Qarabağ savaşı Azərbaycan Ordusunun zəfər tarixinə çevrildi. Dünyanın müxtəlif ölkələrinin hərbi mütəxəssislərinin qeyd etdiyi kimi, Azərbaycan Ordusu XXI əsrin yeni müharibəsinin aparılmasının nümunəsini nü­mayiş etdirdi. Ən yeni nəsil hərbi texnika ilə piyada qüvvələrin fəaliyyət uzlaşmasının dəqiqliklə, yeni təfəkkür və yanaşma ilə təmin edilməsi müasir döyüşün taktikasına da yeniliklər gətirdi. Xüsusilə, pilotsuz zərbə uçuş aparatlarının dünya təcrübəsində ilk dəfə çox geniş miqyasda və davamlı şəkildə tətbiqi döyüş meydanında səmanın tamamilə Azərbaycanın nəzarəti altına keçməsinə yol açdı. Düşmən tərəfi heç bir yolla Azərbaycan ordusunun hava hücumlarının qarşısını ala bilmədi. Qısa zaman ərzində düşmənin həm hava hücumundan müdafiə sistemi, həm də hərbi texnikası sıradan çıxarıldı, onun atəş gücünə sarsıdıcı zərbə vuruldu.
Qarabağ uğrunda Azərbaycan xalqının 2020-ci ilin payızında apardığı Vətən müharibəsi, şübhəsiz, soyuq müharibə dövründən sonra dünya miqyasında baş vermiş ümumxalq ümumilli müharibənin, müharibə aparan bir ölkədə xalq–dövlət-ordu birliyinin ən dəyərli bir nümunəsidir. Qeyd edilən dövr ərzində local və ya regional müharibə tapmaq çətindir ki, onun hazırlanmasında, planlaşdırılmasında, aparılmasında, mövcud olan daxili və xarici potensialın bu müharibənin aparılmasına istiqamətləndirilməsində Azərbaycanda olduğu kimi Ali Baş Komandanın həll edici iştirakı bu dərəcədə qabarıq hiss olunsun.
Azərbaycan öz ordusu ilə Vətən müharibəsinin gedişində döyüşlərin aparılması taktikası ilə bağlı mövcud olan təsəvvürlərdə bir çevriliş etdi ki, indi bu yeniliklər dünyanın güclü ordularının rəhbərləri və hərb mütəxəssisləri tərəfindən maraqla öyrənilməkdədir. Xalqın qürur mənbəyinə çevrilmiş olan Azərbaycan Ordusunun şəxsi heyəti Vətən müharibəsi cəbhəsinin bütün sahələrində düşmənin belini qırmağa istiqamətlənmiş sonsuz şücaət və fədakarlıq nümayiş etdirdi. Bununla belə, şübhəsiz, Şuşa şəhərinin azad edilməsi Azərbaycanın Ordusunun apardığı döyüşlərin zirvəsini təşkil edir.
İkinci Qarabağ Müharibəsinin Ermənistan iqtisadiyyatına təsiri və post-müharibə dövründə yaranmış iqtisadi mühit onu göstərir ki, Ermənistanda mövcud olan əsas iqtisadi problemlər daha da dərinləşmiş və yeni problemlər yaranmışdır. Uzun illər boyu xarici borc hesabına ayaq üstdə qalan Ermənistan iqtisadiyyatının müharibə nəticəsində xarici borclardan asılılığı daha da artmışdır. Bundan əlavə son illərdə aşağı inflyasiya göstəricilərinin qeyd edilməsinə baxmayaraq post-müharibə dövründə inflyasiyanın əsaslı sürətlənməsi baş vermişdir. Bu proseslərin baş verməsində müharibənin Ermənistana birbaşa təsiri ilə yanaşı əvvəl işğalda olan ehtiyatların əldən çıxması da böyük rola malikdir. Ermənistanda iqtisadiyyatın inkişafında, xüsusilə də kənd təsərrüfatının inkişafı və qida təhlükəsizliyinin təmin edilməsində azad edilmiş ərazilərdə yerləşən ehtiyatların böyük rolu var idi. Ona görə də bu ehtiyatların əldən çıxması iqtisadiyyat üzərində təzyiq yaradır ki, bu da sosial-iqtisadi problemlərin dərinləşməsinə yol açır. Eyni zamanda müharibənin iqtisadi baxımdan Ermənistana təsiri makroiqtisadi mühitin də əsaslı şəkildə pisləşməsinə yol açır ki, bu da investisiya cəlbediciliyini azaldır. Müharibənin təsiri ilə yaranmış qeyd etdiyimiz problemlər isə Ermənistanın iqtisadi inkişaf perspektivlərinə mənfi təsir edir. Digər tərəfdən müharibə dövründə Ermənistanın qarşılaşdığı hərbi zərərlər ordunun yenidən qurulmasını zəruri edir ki, bunun üçün də böyük maliyyə vəsaitlərinə ehtiyac vardır. Bu halda da Ermənistan bu vəsaitləri xarici borc hesabına təmin etmək məcburiyyətində qalacaqdır. Ancaq aydındır ki, ilkin mərhələdə Ermənistan yaranan sosial problemləri həll etməyə məcburdur. Çünki, müharibə Ermənistanda sosial problemləri dərinləşdirmişdir və əhalinin hakimiyyətə qarşı inamı azalmışdır. Post-müharibə dövründə yaranmış iqtisadi şəraitdə Ermənistan üçün iqtisadi inkişaf perspektivlərini təmin etməyin yeganə yolu regional iqtisadi və nəqliyyat əlaqələrinin bərpası prosesinə qoşulmaq və onu dəstəkləməkdir. Hətta İkinci Qarabağ Müharibəsindən əvvəl də Ermənistan işğalçılıq siyasəti nəticəsində düşdüyü blokada səbəbindən davamlı iqtisadi inkişafı təmin edə bilmirdi. Müharibənin vurduğu zərərlərdən sonra isə regional əməkdaşlığa qoşulmadan Ermənistan özünün iqtisadi inkişafını təmin edə bilməz. Hazırda regional əlaqələrin bərpasına qarşı müxtəlif fikirlər səsləndirilsə də Ermənistanın regional əməkdaşlığa qoşulmaqdan, əvvəl mövcud olmuş nəqliyyat yollarının açılmasını təmin etməkdən və Zəngəzur Koridorunun yaradılması prosesində iştirak etməkdən başqa yolu yoxdur. Yalnız bu halda Ermənistan özü üçün iqtisadi inkişaf perspektivlərini formalaşdıra bilər.
Fərhad Möhbalıyev,
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Tədris və Elmi şlər üzrə prorektor, dosent, iqtisad üzrə fəlsəfə doktoru, əməkdar müəllim


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin