17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
ABB-dən “Anım günü” layihəsi
Sosial 27.09.2021 145

ABB 27 sentyabr Azərbaycan Respublikasında Anım gününə həsr olunmuş yeni sosial məsuliyyət layihəsini təqdim edib. Layihə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr edilib.


 

Vətən müharibəsi şəhidlərinin şəkilləri və onlar haqqında qısa məlumatlar ABB-nin yaratdığı https://yadedirik.az/ portalında toplanıb. Hər bir istifadəçi portala daxil olarkən səhifədə gördüyü Vətən müharibəsi şəhidinin şəklini öz sosial media hesablarında paylaşa bilər. Portalda axtarış funksiyası da yaradılıb. İstifadəçilər şəklini paylaşmaq istədikləri şəhidimizin ad və soyadını axtarış bölməsində yazmaqla onunla bağlı vizual və mətn məlumatlarını tapıb paylaşım edə bilərlər.

 

Şəhidlərimizin portalda yerləşdirilən fotoları və onlar haqqında məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saytındakı açıq məlumatlar əsasında yerləşdirilib.

 

Növbəti mərhələlərdə portalda Birinci Qarabağ müharibəsi və 20 Yanvar şəhidləri haqqında məlumatların toplanması da nəzərdə tutulur. Layihənin davamında sənədli materiallar əsasında burada şəhidlərimiz haqqında daha geniş məlumatlar, tarixi oçerklər də yerləşdiriləcək. Beləliklə, https://yadedirik.az/ portalı şəhidlərimiz barədə ətraflı materiallarla zəngin, hər kəs üçün əlçatan məlumat bazasına çevriləcək.

 

Belə bir layihənin reallaşdırılmasında ABB-nin məqsədi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinə ehtiram, onların mənəvi irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi, cəmiyyətimizdə vətənpərvərlik tərbiyəsi işinə töhfədir. ABB ümid edir ki, rəqəmsallaşma dövründə bu layihə şəhidlərimizin qəhrəmanlıq örnəklərinin təbliği baxımından faydalı olacaq. 







Starxeber Bizi instagramda izləyin