17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Vətən müharibəsində Gəncəyə raket zərbələri Ermənistanın dövlət siyasətinin mahiyyətinin göstəricisidir
Siyasət 26.09.2021 232

Ötən ilin payızında Ermənistanın işğalçılığı sonlandırıldı. Azərbaycan ordusu Ermənistan ordusunu darmadağın etdi. Torpaqlarımız işğaldan azad edildi. İşğaldan azad olunmuş ərazilərimizdə dövlət bayraqlarımız dalğalanır, əbədiyyən də dalğalanacaq.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru İqor Korotçenkoya müsahibəsində Vətən müharibəsinin başlanma səbəblərini, dünya ictimaiyyətinin, bəzi dünya dövlətlərinin Azərbaycan torpaqlarının işğalına loyal münasibətinin mahiyyətini qətiyyətlə şərh etdi. Bu şərh gerçəkliyin fəlsəfəsi kimi dinlənilir, oxunur. Dünya ictimaiyyəti görür ki, Azərbaycanın işğalçılığa qarşı mübarizəsi bəşəri dəyərlərə ehtiramla aparılıb. Lakin işğalçı dövlət olmaq etibarilə Ermənistan nə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoyub, nə də ATƏT-in Minsk qrupunua daxil olan dövlətlərin tövsiyələrinə.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Ermənistan müdafiə nazirinin Amerikada Ermənistanın yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşması barədə bəyanatı isə açıq-aşkar hədə və elementar sağlam düşüncə normalarına və beynəlxalq hüquqa hörmətsizlik nümayişi idi” xatırlatması da Ermənistanın xarici siyasətində işğal amilinin nə dərəcədə rol oynadığını açıqlayan gərəkli arqumentdir.
Cənab Prezidentin Vətən müharibəsinin müəyyən anlarını xatırlatması, müəyyən tarixi gerçəklikləri təkcə jurnalistə deyil, onun baş redaktoru olduğu jurnalın oxucularına, bu baxımdan dünya ictimaiyyətinə çatdırması da müharibə tarixi kimi yadda qalacaqdır: “Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəldikdə isə, onlar, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı...”.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Vətən müharibəsinin Azərbaycanın apardığı ədalətli müharibə olduğunu təkzibedilməz faktlarla, güclü məntiqlə şərh etdi. Bu şərh yəqin ki, dünya dövlətlərinin susqunluğunu tərpədəcək, onlar da bəşərilik naminə gerçəklikdən danışacaqlar. Həm də Cənab Prezidentin bu müsahibədə dediklərinə istinad etməklə: “...Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü. Özü də ən maraqlısı budur ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Bilirsiniz, bu, ifrat həyasızlıqdır. Bəs kim edib? Biz özümüz vurmuşuq? Onlar illər boyu deyirdilər ki, azərbaycanlılar erməniləri ittiham etmək üçün Xocalıda soyqırımını özləri təşkil ediblər. Yəqin ki, bu, dünyada analoqu olmayan həyasızlıqdır. Hərçənd, bu tipli raketlər barədə az-çox anlayışı olan bütün insanlara məlumdur ki, tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə doğru gedir. Yəni, hədəf məhz Gəncə şəhərinin əsas prospektində mülki əhalini məhv etmək idi. Onların siyasətinin və deyərdim ki, mənliyinin göstəricisi budur”.
Cənab Prezidentin bu müsahibəsi azərbaycançılığın bəşəri və yaşarı siyasət olduğunu bir daha göstərdi. Həm də ədalətlə.


Səbinə Xasayeva,
Milli Məclisin deputatı






Starxeber Bizi instagramda izləyin