14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |     23:05 Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu  |    
Bakıda İranın Müqəddəs Müdafiə Həftəsinin 41-ci ildönümü ilə bağlı mərasim keçirilib
Sosial 24.09.2021 591

Bu gün Bakıda İranın Müqəddəs Müdafiə Həftəsinin (İraqın keçmiş diktatoru Səddam Hüseyn rejiminin hərbi təcavüzünə qarşı vətənin müdafiəsinə başlanmasının) 41-ci ildönümü ilə bağlı mərasim keçirilib.


İranın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan mərasimdə Azərbaycan Müdafiə və Müdafiə Sənayesi nazirliklərinin yüksək vəzifəli rəsmiləri, xarici ölkələrin səfirləri və hərbi attaşeləri iştirak ediblər.

Mərasim müqəddəs “Quran”dan ayələrin oxunması ilə başlayıb. Daha sonra Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.

İranın Azərbaycandakı səfirliyinin hərbi attaşesi Cavad Furutəni İrana qarşı 41 il öncə törədilən təcavüzkarlıq aktından bəhs edib. O, İran xalqının bu müharibədən qalib ayrıldığını, Səddam rejiminin təcavüzkarlıq niyyətinin baş tutmadığını vurğulayıb.

Attaşe İran Silahlı Qüvvələrinin keçmişdə və indi İran xalqı kimi böyük bir dayağının olduğunu deyib. C. Furutəni hazırda İran Silahlı Qüvvələrinin mövcud olan gücündən bəhs edib. İranın region ölkələri ilə əməkdaşlıq çərçivəsində İraq və Suriya kimi ölkələrdə beynəlxalq terrorizmə qarşı mübarizə apardığını, bu yolda böyük qurbanlar verdiyini deyib.

Hərbi attaşe İranın Azərbaycanla yaxşı münasibətlərinin olduğunu və bu əməkdaşlığın getdikcə daha da inkişaf etdiyini vurğulayıb. O, İranın Azərbaycanın öz torpaqlarına olan suveren hüquqlarını hər zaman müdafiə etdiyini söyləyib.

Daha sonra İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi çıxış edib. Səfir bildirib ki, İran xalqının parçalama və diz üstə çökdürmək istəsələr də, nəcib və dəyanətli İran xalqı üzləşdiyi bütün bu imtahanların öhdəsindən səbirlə gəlib: “İran xalqının üzləşdiyi böyük imtahanlardan biri 41 il öncə bu günlərdə başladı, bu imtahan 8 il davam etdi. 8 illik müharibə zamanı heç bir ölkə bizə hətta ən ibtidai silahları belə satmadı, nəticədə İranda hərbi sənaye özünü təminat istiqamətində inkişaf etdi və uğura nail oldu. Bu gün İran dünyanın ən güclü hərbi güclərindən biridir. İran hərbi imkanların müxtəlif istiqamətlərində uğur və irəliləyiş əldə edib, bura quru, hava, dəniz və kiber sahələr aiddir. Həmçinin raket sistemləri istiqamətində əhəmiyyətli inkişafa nail olunub. İranın həqiqi gücü onun xalqının özünüqurban və həmrəylik ruhundan qaynaqlanır”.

Diplomat deyib ki, İranın hərbi gücü hər zaman regionun təhlükəsizliyi, stabilliyi və dostları üçün olub və olacaq: “Qonşuluq siyasətini, qonşuların öncəliyini və güclü regionu dəstəkləyən İran regiondakı bütün ölkələr, xüsusilə də qonşuları üçün sülh və təhlükəsizlik istəyir. Biz dost və qardaş ölkə Azərbaycan üçün də sülh, sabitlik, təhlükəsizlik istəyirik. Ortaq dinə, mədəniyyətə, tarixi əlaqələrə əsaslanan qardaşlıq və dostluq münasibətlərimiz əbədidir”. (APA)






Starxeber Bizi instagramda izləyin