22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
MN-dən tərxis olunan şəxsin narazılığı ilə bağlı AÇIQLAMA
Sosial 24.09.2021 290

Müdafiə Nazirliyi Vətən müharibəsi qazisinin narahatlıqlarına münasibət bildirib.

Nazirlikdən Unikal.org-a daxil olan məlumatda deyilir: 

"Bəzi elektron KİV-lərdə vətəndaş Ağayev Rahib Savadxan oğlunun narazılığını əks etdirən videogörüntülər paylaşılıb. Bildiririk ki, vətəndaş R.Ağayev Baş Klinik Hospitalda müalicə olunmaq üçün Müdafiə Nazirliyinə müraciət etmişdir.

Vətəndaşın müraciətinə Müdafiə Nazirliyinin Tibb İdarəsində baxılmış və ona cari ilin fevral ayında müvafiq rəsmi cavab göndərilmişdir.

Cavabda Müdafiə Nazirliyinin hərbi müalicə müəssisələrində hazırda həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların müayinə və müalicəsinin təmin edildiyi bildirilib. Hərbi xidmətdən tərxis olunan vətəndaşların isə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müalicə müəssisələrində ödənişsiz müalicə almaq hüququna malik olduğu qeyd edilib və vətəndaşın həmin qurumlara müraciət etməsi tövsiyə olunub.

R.Ağayevin hərbi xidmətə yararlı olması ilə bağlı qərarla bağlı isə bildiririk ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin göndərişinə əsasən 23.04.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən "Hər iki gözün sadə miopik astiqmatizmi nəticəsində görmə itiliyinin azalması. İrsi hemoqlobinopatiya"

diaqnozu ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"sinə uyğun olaraq, barəsində daxili orqanlarında funksiya pozulması olmadığından "Hərbi xidmətə yararlıdır" qərarı verilmişdir".






Starxeber Bizi instagramda izləyin