10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
"Bu, Ermənistan tərəfi üçün gözlənilməz oldu" - İlham Əliyev
Siyasət 24.09.2021 1 026

“İkinci Qarabağ müharibəsinədək pilotsuz uçuş aparatlarından heç yerdə bu miqyasda və bu qədər effektiv istifadə edilməmişdi. Biz çoxdan, təxminən, 10 il əvvəl PUA almağa başladıq”.

Operativ24.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

“Bu, İsrail istehsalı olan zərbə vasitələri idi. Biz onlardan 2016-cı ilin qısamüddətli aprel döyüşləri zamanı istifadə etdik. Bu, Ermənistan tərəfi üçün gözlənilməz oldu. Bayaq dediyimə bir daha qayıdaraq bildirmək istərdim ki, biz həmin vaxt münaqişəni dərinləşdirmək istəmədik, çünki genişmiqyaslı hərbi əməliyyatlar aparmaq niyyətimiz yox idi. Bu səbəbdən hər şey belə tez başa çatdı.
2016-ci ilin aprel ayında “Naqor” PUA-sından istifadə etmişdik. Bundan sonra İsrail istehsalı olan digər pilotsuz uçuş aparatları almağa başladıq. Söhbət kəşfiyyat və döyüş üçün nəzərdə tutulmuş “Sky Striker” və “Orbiter” - artıq bu heç kim üçün sirr olmadığından gizlətməyin mənası yoxdur - PUA-larından gedir”, - Prezident deyib.

Dövlət başçısı söyləyib ki, həmin vaxt Türkiyənin hərbi-sənaye kompleksi hələ PUA istehsalına başlamamışdı: “Lakin bu baş verdikdən sonra biz “Bayraktar ТВ2” PUA-larının ilk xarici alıcısı olduq. Onlar həm kəşfiyyat fəaliyyətində, həm də dəqiq zərbələrin endirilməsində özlərini yaxşı tərəfdən göstərdilər. “Bayraktar ТВ2” PUA-larına gəlincə, 44 günlük müharibə zamanı onlar daim havada idi. Əlbəttə ki, bəzən hava şəraiti müəyyən çətinlik yaradırdı, lakin əsasən hava aydın olduğundan bu PUA-lardan, bəzi qısa fasilələrlə, demək olar, hər gün istifadə edilirdi”.

Onun sözlərinə görə, strateji hədəflərin, böyük hərbi obyektlərin məhv edilməsində “Harop”dan, hərbi texnika və digər hədəflərə zərbə endirilməsində isə “Bayraktar ТВ2” PUA-larından istifadə edilmişdi.






Starxeber Bizi instagramda izləyin