10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
“Prinsipcə, sakit insanam” - İlham Əliyev
Siyasət 24.09.2021 740

"Prinsipcə, sakit insanam. Müsahibələrim də daxil olmaqla dəfələrlə demişəm ki, istənilən dövlət adamı, xüsusən də dövlətdə birinci şəxs vəzifəsini icra edən şəxs emosiyalarını gündəlik vəzifələrindən kənarda tutmalıdır”.

Operativ24.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib.

“Əlbəttə, hər bir insanın emosiyaları var və təbii olaraq onları bu və ya digər şəkildə təzahür etdiririk. Lakin işlədiyim uzun illər ərzində yəqin ki, özümdə emosiyalardan yayınmağa imkan verən keyfiyyətlər inkişaf etdirmişəm”, - deyə İlham Əliyev qeyd edib.
 Bununla yanaşı, dövlət başçısı ölkənin 44 günlük müharibə zamanı heç vaxt təxribatlara uymadığını da vurğulayıb:

“Hətta düşmən Azərbaycan şəhərlərinə zərbələr endirəndə, uşaqlarımızı və qadınlarımızı öldürəndə biz onlara eyni cavabı vermirdik, biz onların şəhərlərini bombalamırdıq. Buna baxmayaraq, bizdə yaranan emosiyaları yəqin ki, anlamaq mümkün idi. Lakin biz vicdanla mübarizə apardıq, beynəlxalq humanitar hüquqa hörmət etdik və müharibə cinayətləri törətmədik. Müharibənin ilk günündə hərbi cinayət törədən hərbçilərin sərt şəkildə cəzalandırılacağına dair ciddi göstərişlər verdim. Prezidentin sakit, özünə inamlı, qələbəyə inamlı olması cəmiyyət və hərbi komandanlıq üçün vacibdir. Bu, onları ruhlandırır və onlar bunu öz tabeçiliyində olanlara ötürürlər. Bütün bu hisslər isə bir növ elektrik impulsu vasitəsilə yüksək hərbi rəhbərlikdən adi əsgərlərə qədər ötürülür.
Vacib olan odur ki, hərbi əməliyyatların lap əvvəlindən uzun müddətdir gözlədiyimiz qələbə sevincini hiss etdik. Azərbaycan cəmiyyəti çıxışlarım və yaxud xalqa müraciətlərim zamanı demək olar ki, hər gün məndən yeni məlumatlar gözləyirdilər. Və bir neçə gün müddətinə fasilə baş verdikdə hər kəs düşünürdü: nə isə baş verməyibki? Artıq hər kəs Azərbaycan ordusunun irəli getdiyinə vərdiş etmişdi. Lakin əlbəttə ki, bir anlayış var idi: müharibə gözlənilməzdir.

Ərazinin son dərəcə çətin relyefli olması, düşmən tərəfindən qurulan eşelonlu möhkəmləndirilmiş ərazilər və qurduğu çoxsaylı müdafiə xətlərini aşmaq ehtiyacını nəzərə alaraq, nümayiş etdirdiyimiz yüksək templərlə irəliləmək çox çətin idi. Bütün əməliyyatları elə planlaşdırırdıq ki, itkilər minimal olsun. Bu səbəbdən də, əks-hücum həyata keçirən Azərbaycanın daima “taktiki olaraq geri çəkilən” Ermənistandan daha az itkilərə malik olması təəccüblə qarşılanırdı. Hesab edirəm ki, bu amillərin birləşməsi mənə, Azərbaycan ordusuna və xalqına əminlik qazandırırdı”./shownews.az






Starxeber Bizi instagramda izləyin