10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
27 sentyabr Zəfərin başlanğıc tarixidir...
Sosial 22.09.2021 281

Emənistanın işğalçılıq siyasəti elan edilmədən başlayan müharibəyə, müharibə isə Azərbaycanın torpaqlarının işğalına səbəb oldu.

Ermənistan BMT Təhlükəsizlik Şursının qəbul etdiyi qətnamələrə əməl etmədi, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin tövsiyələrinə, təkliflərinə məhəl qoymadı. Bunlara görə ona heç bir beynəlxalq təzyiq göstərilmədi. Belə loyal münasibətə görə Ermənistan mövcud status-kvonu saxlamaq məqsədi ilə danışıqlardan yayınırdı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev birmənalı şəkildə bildirdi ki, "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz". Bu qətiyyət Ermənistanı da, onun havadarlarını da niyyətindən çəkindirməli idi. Lakin Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə istər dövlət sərhədlərindən, istərsə də işğal etdiyi ərazilərdən Azərbaycanın ərazilərinə hücumlar edirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların qarşısını qətiyyətlə alırdı. 2016-cı ilin aprelində də belə oldu, 2020-ci ilin iyulunda da.

Ermənistan ordusu sentyabrın 27-də müxtəlif istiqamətlərdən müxtəlif təyinatlı silahlarla yenidən hücum etdi. Azərbaycan Ordusnunun hissələri bu hücumun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin əmri ilə ordumuz əks-hücum əməliyyatına başladı. Bu, Vətən müharibəsi idi.

Düşmən işğal etdiyi ərazilərdə müdafiə sistemi yaratmışdı, onu illərlə möhkəmlətmişdi, təkmilləşdirmişdi. Yaratdığı “Ohanyan səddi” ilə qürurlanırdı, ordusunu və əhalisini inandırmağa çalışırdı ki, Azərbaycan Ordusu bu səddi keçə bilməz. Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu düşmənin müdafiə səddini darmadağın etdi. Müxtəlif istiqamətlərdə gedən döyüşlərdə düşmən ağır məğlubiyyətlərə uğrayırdı. Düşmənin ordusu müqavimət göstərə bilmirdi, bəzi döyüşlərdən sonra geri çəkilirdi, hərbçiləri döyüşdən yayınırdı, qaçırdı. Bu, düşmənin məğlubiyyətini yaxınlaşdırırdı.

Xalqımız ordumuzun qələbəsinin iştirakçısı idi. Bütün səviyyələrdə orduya mənəvi və maddi dəstək göstərirdi. Vətən müharibəsində analar cəbhəyə, döyüşən orduya həm ana sevgisiylə hazırladıqları yeməklər, həm də əlcək, şərf və s. toxuyub göndərirdi. Döyüşçülərin bunlara ehtiyacı yox idi, ancaq bu hədiyyələr onların döyüş əzmini, qələbə ruhunu kükrədirdi. Bir ana göndərdiyi hədiyyələrin içinə bir məktub da qoyubmuş: “Oğlum Birinci Qarabağ müharibəsində şəhid oldu. Onun paltarlarını indiyə kimi saxlayırdım. İndi oğluma qardaş bildiyim sən əsgər oğluma göndərirəm. Mənə oğlumun dərdini qazanacağınız qələbə unutduracaq, oğlum. Qələbədən sonra qarşıma çıxan ilk əsəgərə oğlum deyəcəm. Onda oğlumun ruhu da sənə - əsgər qardaşına sağ ol deyəcək...”. Bu məktub Vətən müharibəsinin mahiyyətinin nə olduğunu bütün çalarlarıyla açır. Yəni Vətən müharibəsi xalqın müharibəsi idi. Hamı özünü döyüşənlərin sırasında hiss edirdi...

2020-ci ilin 27 sentyabrı son 30 ilin ən yadda qalan tarixi günlərindən biridir. İşğalçı dövlət sülh danışıqlarından yayınırdı, beynəlxalq təşkilatlar bu danışıqların baş tutmasını təmin edə bilmirdi. Dünyanın aparıcı dövlətləri də müəyyən məqamlarda işğalçının mövqeyinə ciddi etirazını bildirmirdi. Bu, qeyri-rəsmi himyədarlıq idi.

Vətən müaharibəsi ərəfəsində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar dedi: “Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil”. Bu səmimi fikir Vətən müharibəsində reallaşdı. “Bayraktar”lar düşmənin müdafiə sədlərini, qruplaşmalarını, strateji mövqelərini, canlı qüvvəsini darmadağın etdi. Nə düşmən, nə də onun havadarları bu hücumu dayandırmaq gücündə, qüdrətində deyildi.

Azərbaycan Ordusu qətiyyətlə döyüşürdü. Müxtəlif istiqamətlərdə qazanılan mövqe qələbələri ordumuzu son döyüşə yaxınlaşdırırdı.

Vətən müharibəsindən sonra dünya mətbuatında müxtəlif səpkili, məzmunlu məqalələr dərc edildi. Əksəriyyətində Azərbaycan Ordusnunun gücü, qüdrəti etiraf edilir, əsəgərlərinin döyüş əzminə, qələbə ruhuna heyrət ifadə olunurdu. “400 nəfər görürdük. Atəş açılırdı, onun ardınca daha bir qrup gəlirdi. Atəş açılırdı, ardınca ikiqat böyük qrup dalğa halında gəlirdilər. Əlbəttə ki, belə bir qüvvəyə tab gətirmək mümkün deyil", - bu fikirlər muzdlu erməni döyüşçüsünün etirafıdır.

Vətən müharibəsi vətənpərvərliyin işğalçılıqla, azərbaycançılığın erməniliklə döyüşləriydi. Bu müharibə xalqın qələbə ruhunun müharibəsiydi.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xalqa müraciətində dedi: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”.  Bu Zəfərin başlanğıcı Cənab Prezidentin qətiyyətindədir, xalqa sevgisindədir, dövlətçiliyə sədaqətindədir, xalqın orduya dəstəyindədir. Bu Zəfərin başlanğıcı tarix olaraq 27 sentyabrdır. Bu tarixi Zəfərlə Ermənistanın işğalçılığına son qoyuldu. Azərbaycan Ordusu Ermənistanın ordusunu darmadağın etdi.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının həm siyasi, həm də iqtisadi əhəmiyyətə malik olduğunu hamı bilir və buna bir ürək tutumunca sevinir. Ölkə başçısı Kəlbəcərə və Laçına səfərində çıxışında dedi: “...Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki həm Qarabağ, həm də Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi...”. İndi dünya qalib Azərbaycan dövlətinin qüdrətinin konturlarını daha əhatəli görür.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışında qürurla bildirdi ki, Vətən müharibəsində qazandığımız Zəfər dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzindədir: “Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, İkinci Qarabağ müharibəsi öyrənilir”. Deməli,  Vətən müharibəsinin timsalnda Azərbaycanın yeni tarixi dünyada öyrənilir.  

Həmin mərasimdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ermənistanın işğalçı dövlət olduğunu bir daha xatırladaraq dedi ki, “Onlar bütün strateji yüksəkliklərə sahib idilər. Əlbəttə ki, 30 il ərzində onların qurduqları istehkamlar, 6 müdafiə xətti və mühəndislik işləri onlara böyük üstünlük verirdi. Onlar hesab edirdilər ki, bu müdafiə xəttini, bu istehkamları, bu dağları biz heç vaxt keçə bilmərik. Amma onlar yanıldılar, böyük yanlışlığa, səhvə yol verdilər. Onlar bilmirdilər ki, Azərbaycan xalqı bu 30 il ərzində bir amalla yaşayır: nəyin bahasına olursa-olsun, torpaqlarımızı işğalçılardan azad edək. Biz bu amalla yaşamışıq. Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi idi. Ən başlıca faktor, ən başlıca amil Vətən sevgisi idi”. Vətən sevgisi Azərbaycan Ordusunun şəxsi heyətinin malik olduğu mənəvi dəyərləri ümumiləşdirir.  Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlıq tamamlayır. Bu vəhdət ordunun gücü deməkdir. Ordumuz güclüdür. Bu güc Vətən müharibəsində qadirliyini qətiyyətlə təsdiqlədi. 27 sentyabr buna görə yeni tariximizdə unudulmayacaq tarixi gündür...

Ordumuz torpaqalarımızı işğaldan azad etdi. Bu Zəfərin həm böyük hərbi dəyəri oldu, həm də böyük siyasi dəyəri. Dünya dövlətləri Vətən müharibəsindən sonra Azərbaycanla daha sıx ikitərəfli iqtisadi əlaqələri davam etdirməyə, genişləndirməyə maraq göstərir. Güclü dövlətlə belə əlaqələr həmişə tərəfdaşa səmərə verir.

Bu yaxınlarda bir məqalədə bir əsgərin inamla, qətiyyətlə dediyi bir fikri xatırlayıram: “Daha heç bir işğalçı dövlət Azərbaycanın torpaqlarına göz dikə bilməz. Hamısı Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü...”. Bu fikir hamıya həm xoş gəldi, həm də hamı belə düşünən əsgərlərimizlə qürurlandı...

Dünya gördü ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etdi, Azərbaycan gəncliyi işğaldan azad edilmiş ərazilərimizdə şəhərləri, kəndləri yenidən quracaq.

Şuşada “Xarı bülbül” musiqi festivalı keçirildi...

Şuşada Vaqif Poeziya Günləri keçirildi...

Şuşada Milli Musiqi Günü keçirildi...

Bunlar Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı Zəfərin nəticəsidir. Zəfərin başlanğıcı 27 sentyabrdır...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı






Starxeber Bizi instagramda izləyin