17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Müəllimlərin və valideynlərin üzərinə böyük öhdəlik düşür- Təranə Paşayeva
Sosial 21.09.2021 2 465

Artıq iki ilə yaxındır ki, şagirdlər ənənəvi tədris prosesindən kənarda qalıblar. Onlar üçün həftənin 5 günü getdikləri məktəb artıq fərqli məkana çevrilib. Başqa sözlə, şagirdlərin məktəblə bağlı təsəvvürləri itib. Bəs, ənənəvi təhsilin bərpa olunması şagirdlərin psixlogiyasına necə təsir edəcək?

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva mözvu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki,  2020-ci il mart ayından etibarən şagird, tələbə və müəllimlərin sağlamlığının qorunmasını təmin etmək, kütləvi yoluxmaların qarşısını almaq məqsədilə ölkə ərazisində ənənəvi təhsil prosesinə fasilə verilib, təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Təhsilin davamlılığının təmin edilməsi istiqamətində operativ tədbirlər görülüb, təhsil müəssisələrində dərslər distant formada davam etdirilib. Bir neçə gündən sonra ölkəmizdə ənənəvi tədris prosesi bərpa ediləcək. Ümid edirik ki, bir daha təhsil prosesində fasilə yaranmayacaq. Amma bunu da qəbul etməliyik ki, əslində pandemiya dövrü gələcəkdə həm ənənəvi, həm də distant təhsil modelindən istifadə etmək üçün bir təcrübə oldu.
Təranə Paşayeva qeyd etdi ki, distant təhsilin bir sıra üstünlük və çətinlikləri, o cümlədən yaratdığı fəsadlar vardır: “Distant təhsil modeli hər şeydən öncə iqtisadi cəhətdən ən ucuz və qənaətcil modeldir. Belə ki, şagird və ya tələbə evindən çıxmadan, otaq ortamında dərslərə qoşulur. Beləliklə, gündəlik nəqliyyat və yol boyu yarana biləcək digər xərclərdən azad olur. Bu, həm də bir ailənin maliyyə büdcəsi üçün əlavə qənaətdir. Xüsusilə, bölgələrdə yaşayan, lakin Bakıda kollec və universitetdə təhsil alan tələbələr, o cümlədən onların valideynləri ilə aparılan görüşlər, alınan cavablar da bunu təsdiqləyir.
Distant təhsilin üstünlüklərinə baxmayaraq, çatışmazlıqları da var. Tədris prosesinin distant formada həyata keçirilməsi şagirdlərin, müəllimlərin sosial-psixoloji inkişafına və onların davranışlarına təsirsiz ötüşməyib. Buna dolayı yolla distant təhsilin formalaşdırdığı çatışmazlıq, çətinliklər də deyə bilərik. Həm müəllim, həm də şagird və tələbələrin qeyd etdikləri ən başlıca çatışmazlıq tərəflər arasında canlı ünsiyyətin itməsidir. Bəzi şagird və tələbələr kifayət qədər ünsiyyətcil, özgüvənləri yüksək olduğundan üz-üzə ünsiyyətə daha çox meyilli olurlar. Bundan əlavə, şagirdlərin öyrənmə texnikalarının bir-birindən fərqli olması onların öyrədilməsində müəllimlərin birbaşa öyrətmə metodu daha uyğundur. Belə ki, onlar valideynlərinin deyil, müəllimlərinin öyrənmə metodunu qavrayırlar.
Həmçinin distant təhsil bəzi müəllim və şagirdlərdə adaptasiya problemi yaratdı, müəyyən çətinliklər səbəbindən onların təhsil prosesinə marağının azalmasına gətirib çıxardı və motivasiyalarına təsir etdi. Şagirdlərin də qapalı məkanlarda uzun müddət qalması, dostları və sinif yoldaşlarından ayrı düşmələri onların sosial-psixoloji inkişafına öz təsirini göstərdi.”
Həmsöhbətimizin sözlərinə görə, aparılan araşdırma və sorğuların nəticələri də sübut edir ki, uzun müddət ənənəvi tədrisdən kənar qalan uşaq və yeniyetmələrdə müxtəlif psixoloji çətinliklər üzə çıxıb: “Onlarda adaptasiya, stress, aqressiya, özünütəcrid, diqqət yayınıqlığı, assosiallıq, özünəgüvən çatışmazlığı və digər psixoloji pozuntular müşahidə olunur.
Epidemioloji vəziyyətin stabilləşməsi və vaksinasiya prosesində əldə olunan nəticələrə görə müvafiq qurumların qəbul etdikləri son qərara əsasən, Azərbaycanda növbəti tədris ili ənənəvi qaydada təşkil olunacaq.
Ənənəvi tədris bərpa olunduqdan sonra ən böyük məsuliyyət müəllimlərin üzərinə düşəcək. Uzun müddətdən sonra şagird və tələbələrin vahid məkanda toplanması və onların idarə olunması asan olmayacaq. Bu səbəbdən psixoloq kimi onlara əsas tövsiyələrim budur ki, mümkün qədər şagirdlərlə təmkinli davranmaq, yarana biləcək xoşagəlməz davranışlara qarşı sərt reaksiyaya verməmək, onların dərslərinə yenidən əvvəlki formada adaptasiya olunmaları üçün lazımi dəstək göstərmək, motivasiya vermək lazımdır. O cümlədən dərs zamanı qrup çalışmaları həyata keçirmək, ilk vaxtlarda daha az və yüngül tapşırıqlar vermək,  mükafatlandırma metodlarından istifadə etməklə onların ənənəvi tədris metodlarına adaptasiyasını daha da sürətləndirmək olar.”
Psxiloq belə hesab edir ki, valideynlərin də üzərinə böyük öhdəliklər düşür: “Övladları ilə daha çox vaxt keçirmək, onlar üçün gündəlik fəaliyyəti planı qurmaq, yuxu, qida rejimlərinə xüsusi diqqət etmək, verilən tapşırıqları birgə yerinə yetirmək və digər vasitələrlə uşaqların təhsilə adaptasiyasına yardımçı olmaq lazımdır. ”






Starxeber Bizi instagramda izləyin