10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
“Qızım atası ilə görüşmək istəmir” - Lətafət Ələkbərova
Maqazin 21.09.2021 186

Aparıcı Lətafət Ələkbərova 14 yaşlı qızının atası ilə görüşmək istəmədiyini deyib.

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə o, “Özümüz danışaq” yutub layihəsində bildirib.
Onun sözlərinə görə, tək başına övlad böyütmək çox çətindir, amma artıq qızı onu başa düşür:

 “Həyatımızın çox rahat bir dönəminə gəlmişik. Bir-birimizi başa düşürük. Artıq mənim dostumdur.

 Onun da həyatda hədəfləri, məqsədi var. Dillə çox maraqlanır – ingilis, fransız və rus dillərində oxuyur. Eyni zamanda, peşəkar vokal dərsləri alır. Musiqini çox sevir. İndi pandemiyaya görə beynəlxalq müsabiqələr hələ yoxdur. Daha əvvəl bir çox dövlət tədbirləri və beynəlxalq müsabiqələrə dəvət almışdı. Pandemiya bitdikdən sonra İnşallah davam edəcəyik”.

Ələkbərova bildirib ki, qızı illərdir atası ilə görüşmür:
“Artıq özü istəmir. Elə alındı ki, görüşmədilər.

Bir az o tərəfdən də soyuqluq olurdu. Bir müddət də mən istəmədim. Belə alındı ki, indi uşaq özü ümumiyyətlə istəmir. 14 yaşı olacaq”.






Starxeber Bizi instagramda izləyin