Ər arvadını döyərək öldürdü - Azərbaycanda dəhşətli hadisə

Oğuzda qadın öldürülüb.   Report xəbər verir ki, hadisə Böyük Söyüdlü kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Gülgəz Abdurrahman qızı Mustaqova döyülüb. Altmış dörd yaşlı G.Mustaqova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.  

Hadisəni törətməkdə qadının əri, 1958-ci il təvəllüdlü Vaqif Alcan oğlu Mustaqov şübhəli bilinir.   Məlumata görə, hadisə ailə münaqişəsi zəminində törədilib.   Faktla bağlı araşdırma aparılır.


Showxeber Bizi instagramda izləyin



Kriminal 21.09.2021 361
Bütün Xəbərlər