İşdən çıxarılan həkim Mərkəzi Klinikanı MƏHKƏMƏYƏ VERDİ

Mərkəzi Klinikanın işdən çıxarılan həkimi, travmatoloq-ortoped Vahidli Ceyhun Mustalı oğlu klinikanı məhkəməyə verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, həkim Səbail rayon məhkəməsində "Mərkəzi Klinika" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı iddia qaldırıb. O, işə bərpa olunmasını tələb edir.

Hazırlıq iclası sentyabr ayının 30-u saat 11:10-da keçiriləcək. İş hakim Şəhla Süleymanovanın icraatına verilib.

Murad İbrahimli


Showxeber Bizi instagramda izləyin



Sosial 21.09.2021 192
Bütün Xəbərlər