22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Türkiyədə sel fəlakətindən ziyan görmüş şəxsdən nümunəvi addım: Dövlətin ödədiyi pulu geri qaytardı – FOTO
Sosial 21.09.2021 896

Türkiyənin müxtəlif bölgələrində sel fəlakətindən ziyan görmüş şəxslərə dəymiş zərərin kompensasiya edilməsi üçün dövlət tərəfindən hərtərfli iş aparılır.

Operativ24.Az Türkiyə mediasına istinadən xəbər  verir ki, sel fəlakətinin açdığı yaralar hələ sağalmamış 24 yaşlı kastamonulu Firudin Akın nümunəvi addım atıb.

Zərgər olan atasını fəlakətdə itirən Akının satışdakı qızıl əşyalarını sel suları yuyub aparıb. Firudin Akına dəymiş ziyan hesablanaraq ona 1 milyon 100 min lirəlik yardım göstərilib. Sonradan axtarış işlərində Akına məxsus bir miqdar qızıl-zinət əşyaları tapılıb.

Bundan sonra Akın ona edilən ödəmənin 750 min lirəsini geri qaytarıb. Jurnalistə açıqlama verən Firudin Akın, “O pulu almağımız doğru olmazdı.

Onda yetim haqqı var. Nəticədə dövlətimizin puludur”, – deyib. Bu nümunəvi addımına görə ölkənin daxili işlər naziri Süleyman Soylu Akınla görüşərək ona təşəkkür edib.






Starxeber Bizi instagramda izləyin