Qazaxıstanın Almatı şəhərində silahlı atışma baş verib.
Operativ24.Az xarici KİV-ə istinadən xəbər verir ki, evdən çıxarılmaya dair məhkəmə qərarının icrası zamanı yerli sakinlərdən biri məhkəmə icraçıları, sahə müvəkkili və Fövqəladə Hallar üzrə İdarənin əməkdaşlarına odlu silahdan atəş açıb.
Hadisə nəticəsində 2-si polis olmaqla, 5 nəfər həyatını itirib.
Cani şəxs yerindəcə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır./unikal.org