22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Türkiyədə öldürülən Təranə ilə bağlı qardaşından açıqlama
Kriminal 20.09.2021 281

Ötən gün Türkiyənin Nevşehir şəhərində azərbaycanlı qadın Təranə Yamanın qətlə yetirilməsi barədə informasiya yayılıb.


Məlumata görə, 2 uşaq anası olan 53 yaşlı Təranə Avanos rayonunda yaşayan Duran Aşar adlı tanışının evinə gedib.


 Tərəflər arasında bilinməyən səbəbdən dava çıxıb və Aşar ov tüfəngi ilə qadına atəş açıb. Daha sonra isə Duran Yaşar Kayseridə özünü qatarın altına ataraq intihar edib.


Qətlə yetirilən xanımın qardaşı Sənan Ağayev bu gün “Qafqazinfo” ilə əlaqə saxlayıb.  O bildirib ki, xəbərlərin bacısının həmin evə qonaq getməsi şəklində yayılması doğru deyil:


“Bacım illərdir ki, Türkiyədə təmizlik işçisi kimi çalışırdı. Qətlə yetirildiyi evə də neçə ildir ki, təmizlik işləri üçün gedirdi. Ev sahibi olan şəxs həmişə bacımın pulunu artıqlaması ilə ödəyib. Duran Aşarın intihar etməsinə görə düşünürük ki, qətli o törədə bilər. Ancaq hələ ki məsələ ilə bağlı istintaq gedir. İstintaqın nəticələri barədə bizə məlumat verəcəklər. Bundan əlavə, bacımın 53 yox, 41 yaşı var”.


Hadisənin baş verdiyi evdən fotolar:







Starxeber Bizi instagramda izləyin