Xalq artisti oğlunun şəhid olduğu yerdə: "Salam, oğlum!" (VİDEO)

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur oğlunun şəhid olduğu Şuşa şəhərinə səfər edib.

SHOWXEBER.AZ  xəbər verir ki, aktyor Cıdır düzünə baş çəkərək şəhid olmuş övladının ruhuna şeir səsləndirib:

“Mənim oğlum - baş leytenant, tabor komandiri Rövşən Nurzadə Şuşanın girişində şəhid olub.

O Füzulinin, Cəbrayılın, Qubadlının alınmasında iştirak edib. Daşaltıda yaralansa da, nə qədər etsələr də geri qayıtmadı. Bu qələbə ilə Şuşanın girişində şəhid oldu...

Salam, oğlum,

Salam, oğlum!

Vətənə arxa duran qəhrəman,

Daşaltıda düşmənə qan udduran Qəhrəman!


Showxeber Bizi instagramda izləyin



Maqazin 20.09.2021 191
Bütün Xəbərlər