17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"Həftə sonları ictimai nəqliyyata qoyulan qadağanı ləğv edin" - Deputat Operativ Qərargaha səsləndi
Sosial 20.09.2021 191

Məlum olduğu kimi, koronavirus səbəbindən uzun müddətdir ki, distant formada tədris olunan təhsilin sentyabr ayından etibarən əyani şəkildə davam etməsinə qərar verildi. Universitetlərin əyani şəkildə tədrisə başlaması səbəbilə rayonlardan Bakıya xeyli sayda tələbənin axın etməsi şəhərdə sıxlıqlarla müşahidə olunur.

Operativ Qərərgahın həftəsonları ictimai nəqliyyatın işləməsinə qoyduğu qadağa problemi daha da qabardıb. Belə ki, son günlər sosial şəbəkələrdə də həftəsonları bəzi metrostansiyaların qarşısında taksi gözləmək üçün xeyli sayda insanların toplaşmasını əks etdirən fotolar paylaşılır. İnsanlar ictimai nəqliyyatın işləməməsi səbəbilə yollarda xeyli vaxt itirdikləri, əlavə xərc çəkərək taksiylə getdikləri üçün narazılıqlarını bildirirlər.

Bəs şəhərdə sıxlıqların artdığı belə bir dönəmdə həftə sonları ictimai nəqliyyatın işinə qoyulan qadağa nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı AZXEBER.COM- danışan Milli Məclisin deputatı Razi Nurullayev Operativ Qərargaha çağırış edib.

Deputat qeyd edib ki, belə bir vəziyyətdə həftə sonları ictimai nəqliyyatın bağlı qalması heç bir məntiqə uyğun deyil:

"Üç ay yay müddətində insanlar nəqliyyat problemini yola verə bildilər. Şənbə və bazar günləri ictimai nəqliyyatın bağlı qalması insanları çox incitsə də, buna dözdülər. Amma indiki vaxtda – sentyabrdan dərslərin başlanması, şəhərdə hərəkətin intensivləşməsi, insanların axını şəhərdə elə bir vəziyyət yaradıb ki, artıq şəhərin bir yerindən o biri yerinə bir kilometr məsafəni getmək üçün yarım saat vaxt lazım olur. Doğurdan da, çox gərgin bir hal yaranıb. Belə bir vəziyyətdə həftə sonları ictimai nəqliyyatın bağlı qalması heç bir məntiqə uyğun deyil. Bu şəkildə getməsi mümkün də deyil. Yəni elə bir sosial sifarişdir ki, bu qadağa aradan qalxmalıdır. Buna görə də mən Operativ Qərargaha çağırış edirəm ki, təcili şəkildə həftə sonları ictimai nəqliyyatın işləməsinə icazə verilməsi ilə bağlı qərar qəbul etsinlər. Çünki şəhərdə hər tərəf tıxacdır, hərəkət iflic olub, buna görə də bütün insanlar iş yerinə də gecikir, getdikləri ünvana zamanında çata bilmirlər. Həftə sonları da vətəndaşlar ancaq taksilərdən və digər nəqliyyat vasitələrindən istifadə edərək ayda bir neçə dəfə öz büdcəsinə zərər vururlar. Çünki pandemiyadan çıxmış insanlardır, imkanları zəifdir, kasıb bir ailənin də bu qədər xərcə düşməsi təbii ki, yolverilməzdir”.

R.Nurullayevin sözlərinə görə, bu məsələlər insanların sosial həyatında çox gərgin vəziyyət yaradır:

"Məsələn, mən şənbə günləri işləyirəm, həmin gün üçün bir çox insanları görüşə dəvət etdikdə onlar həmin günləri ictimai nəqliyyatın işləməməsi səbəbilə gələ bilmədiklərini deyirlər. Taksidən istifadə etmələri üçün də maddi imkanları yoxdur. Həqiqətən, xəstəxanalar və digər müəssisələr kimi elə vacib sahələr var ki, onlar şənbə günləri də insanlara xidmət göstərməlidir. Amma orada çalışanlar da işə gələ bilmir və o sahələr də axsayır. Bu səbəbdən sonrakı iş günləri də daha böyük sıxlıq yaranır. Bu məsələlər insanların sosial həyatında çox gərgin vəziyyət yaradır, onların psixologiyasını pozur. Ona görə də təcili olaraq həftə sonları ictimai nəqliyyata qoyulan qadağa aradan qaldırılmalıdır”.

Qeyd edək ki, Operativ Qərargahın qərarına əsasən koronavirus pandemiyasının səbəb göstərilməsi ilə uzun müddətdir ki, həftə sonları ictimai nəqliyyatın işləməsinə qadağa qoyulub.






Starxeber Bizi instagramda izləyin