10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Bakıda COVID-19 pasportu olmayan valideynlər məktəblərə buraxılmır - Qaydalar niyə pozulur?
Sosial 20.09.2021 303

Sentyabrın 22-dən etibarən Azərbaycanda 2021-2022-ci tədris ili start götürəcək. Artıq bununla bağlı Təhsil Nazirliyi tərəfindən bütün hazırlıqlar görülüb, müəllimlər, valideynlər və şagirdləri maraqlandıran bütün suallara aydınlıq gətirilib.

Operativ24.Az xəbər verir ki, vətəndaşları ən çox maraqlandıran sual isə COVID-19 pasportu olmayan valideynlərin məktəbə buraxılıb-buraxılmaması ilə bağlı idi.

Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bu sualı cavablandırarkən, 

“valideynlərdən heç bir COVID-19 pasportu tələb etmirik” açıqlamasını vermişdi.

Bu gündən isə Bakıdakı məktəblərin əksəriyyətində övladlarının kitablarını götürmək, yaxud məktəblə bağlı hər hansı məsələni həll etmək istəyən və COVID-19 pasportu olmayan valideynlər məktəblərə buraxılmır. Məktəblərdə buna səbəb kimi Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verildiyi bildirilib (modern.az).






Starxeber Bizi instagramda izləyin