22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
ATB beynəlxalq platforma ilə birgə sosial media kampaniyasına start verib
Sosial 20.09.2021 249

*ATB beynəlxalq platforma ilə birgə sosial media kampaniyasına start verib*

Azərbaycan Turizm Bürosu aviabiletlər üzrə metaaxtarış mühərriki olan “Aviasales” ilə birgə sosial media istifadəçiləri üçün xüsusi kampaniyaya start verib. 

Belə ki, 17 sentyabrdan etibarən başlayan kampaniya “Avisales” platformasının instaqram sosial şəbəkəsindəki izləyiciləri üçün nəzərdə tutulub.

Müsabiqənin şərtlərinə tam şəkildə əməl edən izləyicilər arasından xüsusi tətbiq vasitəsilə təsadüfi şəkildə seçiləcək qalib Azərbaycana biletlə mükafatlandırılacaq.

Şərtlərə əsasən iştirakçılar “Aviasales”in instaqram səhifəsində müsabiqə paylaşımını bəyənərək onu öz hekayələrində hissəsində yerləşdirməli, “Aviasales” və “Experience Azerbaijan” səhifələrini izləməli, şərhlərdə Azərbaycanda görmək istədikləri yerlər və ya digər turistik fəaliyyətlərlə bağlı fikirlərini bildirməlidirlər. 

Müsabiqə sentyabrın 24-ə qədər davam edəcək.

Bundan əlavə, “Aviasales” auditoriyasının ölkəmizdə ilboyu mövcud olan səyahət imkanları ilə bağlı yaxından tanış olmaları məqsədilə platformanın instaqram səhifəsində ətraflı məlumat yayımlanıb. 12 hissədən ibarət olan paylaşım vasitəsilə ilin bütün ayları üzrə ölkəmizin görməli yerləri və turistik fəaliyyətlər cəlbedici görüntülərlə təqdim olunub. 

Sosial media istifadəçiləri arasında təbliğatın vacibliyini vurğulayan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid beynəlxalq təbliğat kampaniyaları çərçivəsində “Aviasales”lə qurulan  əməkdaşlığın Azərbaycanın turizm imkanlarının hərtərəfli tanıdılmasına xidmət etdiyini qeyd edib.

O bildirib ki, müsabiqə şərtləri də istifadəçilər üçün Azərbaycanla bağlı maraq doğuran məqamları öyrənməyə imkan verir. 

Qeyd edək ki, 2007-ci ildən istifadəyə verilmiş, hədəf bazarları Rusiya və MDB ölkələri olan “Aviasales” platforması aviabilet axtarış sistemdir.

Aylıq auditoriyası təqribən 15 milyon təşkil edən “Aviasales” verilən axtarışa əsasən mövcud uçuşları seçimlərə uyğun müqayisə edir, sorğuya əsasən ziyarətçini aviaşirkət və agentliklərin rəsmi saytlarına yönəldir.






Starxeber Bizi instagramda izləyin