22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Qıza görə mübahisə, "Instagram", ana-bacı söyüşü: - QƏTLİN TƏFƏRRÜATLARI
Kriminal 17.09.2021 346

2021-ci ilin yanvarın 5-də Şəmkir şəhərinin H.Cavid küçəsində yerləşən Cahangir Rüstəmov adına tam orta məktəbin həyətində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az bildirir ki, qətl hadisəsi iki yeniyetmə arasında yaranan münaqişə zəminində baş verib.
 Belə ki, əvvəllər münasibəti yaxşı olan Əhliman Tağıyev və Rəvan Hüseynov (ikisi də 2003-cü il təvəllüdlüdür) arasında sonradan (2020-ci ilin yayından) problem yaranıb.

Münaqişənin yaranmasının səbəbi isə Rəvanın Əhlimanın qohumu olan bir qızdan xoşu gəlməsi olub. Rəvan ürəyini qıza açır, amma qız başqa oğlanı sevdiyini bildirir. Sonradan Rəvan qıza nə qədər mesaj yazsa da, qız buna əhəmiyyət vermir və cavablandırmır.

Nəhayət bezən qız qohumu Əhlimana vəziyyət barədə məlumat verir, bu isə Əhlimanın əsəbiləşməsinə və özündən çıxmasına gətirib çıxarır. İki yoldaşın arası dəyir, onlar arasında uçurum getdikcə dərinləşir.

2021-ci ilin yanvarın 1-də Əhliman Rəvan haqqında başqalarına xoşagəlməyən söhbətlər etməyə başlayır.

O, özünün və Rəvanın ortaq tanışı olan "Neska" ləqəbli şəxsə bildirir ki, Rəvanın anası ikinci dəfə ailə həyatı qurub və bunu pis bir davranış kimi qələmə verir.

"Yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz" deyən Əhliman "Neska"ya "ya mən, ya da Rəvan" şərtini qoyur. "Rəvana salam verən mənə salam verməsin" deyərək öz şərtini açıqlayır.

"Neska" bu söhbətin ikisi arasında qalacağına söz versə də, məsələ barədə Rəvana məlumat verir. Rəvan isə "Instagram"da Əhlimana düz etmədiyini bildirir, aralarındakı mübahisə dərinləşir. Əhliman isə Rəvana ana-bacı söyüşü söyür.

Sonradan onların ortaq tanışı Məmməd ikisi arasında mübahisələrə son qoymağın, mehribançılıq olmasının vacibliyini bildirir.

Lakin bu da közün üstünə su tökmür, əksinə, köz daha da alovlanır. Əhliman Rəvanla bütün ipləri qırır, telefonda danışarkən ikinci dəfə onun ailəsinin ünvanına təhqiramiz ifadələr işlədir.

Onlar söhbəti birdəfəlik həll etmək qərarına gəlirlər, bunun üçün görüş təyin edirlər. Görüş zamanı da Əhliman onu söyür, üzərinə yeriyir, Rəvan isə səbr kasasının daşdığını görüb əlini özü ilə gəzdirdiyi bıçağa atır, ilkin məqsədi isə heç də Əhlimanı öldürmək deyilmiş, sadəcə onu qorxutmaq üçün bu hərəkəti edir.

Əhliman isə bıçağı gördükdə istiqamətini dəyişir və qaçmağa başlayır. Qaçarkən ayağı büdrəyib yıxılır, ona çatan Rəvan xəbərdarlıq edir ki, söyüş söyməsin. Lakin Əhliman əlinə keçən daşları Rəvana atır, Rəvan əlindəki bıçaqla onun döş qəfəsinə və bud nahiyəsinə zərbə endirir.

Rəvan isə vəziyyətdən qorxur, hətta söhbətə gələn digər tanışları ilə birgə yola çıxıb Əhlimanın xəstəxanaya çatdırılması üçün maşın saxlatdırır.
Əhlimanı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmur.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rəvan Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.






Starxeber Bizi instagramda izləyin