17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Yusif Mustafayev: “Xan kimi yaşayıram”
Maqazin 17.09.2021 930

Son günlər  əməkdar artist Yusif Mustafayevin “ 260 manat pensiya alıram, buna da şükür” açıqlaması sosial şəbəkələrdə müzakirə doğurub. Müğənninin durumundan gileyləndiyini düşünüb onu tənqid ediblər. Məsələyə aydınlıq gətirən 

Y.Mustafayev “Sherg.az”a açıqlamasında qeyd edib ki, həmin fikri maddi durumuna görə söyləməyib:

“Qabaqda gedirsən bic deyirlər, arxada gedirsən gic. Çox şükür əməkdar artist təqaüdü ilə birgə ümumillikdə 260 manat alıram. Soruşdular ki, maddi sıxıntılarınız varmı? Dedim, allah  dövlətimizi var eləsin, yaxşı  dolanıram. İndi Məhərrəmlik ayıdır, hara toya gedim?  Nə vaxt çağırsalar, məclislərdə iştirak edirik. Hazırda xan kimi yaşayıram, sənətkarı el dolandırar. Xalqımız var olsun. Bu günə qədər dilimə yiyə duran insan olmuşam, “risofka”lıq etməmişəm ki, beləyəm, elədir. Olmaz! Çünki məni xalq Yusif Mustafayev edib, bir tikə çörəyimi eldən qazanmışam. Ona görə ədəbazlıq etmərəm.  Xalqın pulu ilə maşın almışam, özümü göstərib, evimi, avtomobilimi nümayiş etdirə bilmərəm. O vaxt Zaur Kamal gəldi evimi, maşınımı çəkdi. Onları xalqa “Əməkdar artistin gizlətdiyi villası” başlığı ilə təqdim etdi. Söylədim ki, belə etmə, axı mənə bu evi millətim tikib”.

Samirə Ərəblinski






Starxeber Bizi instagramda izləyin