Pandemiyanın bitməsini gözləyənlərə bəd xəbər - Alimlər açıqladı

COVİD-19 virusunun 6 aya bitəcəyini ümid edənlər üçün elm adamlarından pis xəbər var. 

 AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bir çox mütəxəssis koronanın 2 fərqli ssenari ilə bitəcəyini düşünür.

Biri hər kəsin peyvəndlənməsi, digəri isə hər kəsin xəstəliyə yoluxmasıdır. Hamı yoluxsa milyonlarla insanın öləcəyi bildirilir. 

Peyvəndi vurdurmayanların isə virusun açıq hədəfinə çevriləcəyi də bildirilib.   Danimarkadakı Roskilde Universitetinin bir epidemioloqu və Əhalinin Sağlamlığı Elmləri professoru Lone Simonsenə görə, son 130 ilin 5 fərqli qrip epidemiyası COVİD-19-un necə olacağına dair ipuçları verir. Simonsen qeyd edir ki, ən uzun qlobal qrip epidemiyası beş il davam etsə də, əsasən iki-üç il ərzində iki-dörd infeksiya dalğasından ibarətdir.

  O bildirib: "Bu dalğalanmaların bütün dünyada davam etdiyini görürük. Düşünürəm ki, payızda və ya qışda başqa bir dalğalanma görəcəyik. Bütün dünya bu virusa yoluxacaq. Ən azından önümüzdəki bir neçə il ərzində daha çox peyvənd tapdıqca dalğalanmalar görəcəyik. Burada əsas şey aralarındakı məsafə olacaq".  


Showxeber Bizi instagramda izləyin



Maraqlı 15.09.2021 64
Bütün Xəbərlər