17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Bu təlim qardaşlığın təntənəsidir!
Siyasət / Sosial 15.09.2021 573

Dövlət olaraq qardaşlaşma amal eyniliyidi, dünyəvi dəyərlərə yaxın, doğma, bəzən eyni münasibətlərdi. Bəşəriyyət belə qardaşlaşmaları alqışlayır. Bu alqışlama haqqın, ədalətin təntənəsi kimi izlənilir, eşidilir.

Vətən müharibəsi başlayanda Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar birmənalı şəkildə bildirdi ki, Azərbaycan tək deyil. Hadisələrə həssas, doğma  münasibət göstərərən Pakistanın da dövlət mövqeyi məhz bu fikri ifadə edirdi.

Vətən müharibəsi Zəfərlə başa çatdı. Türkiyə də, Pakistan da Azərbaycanın bu qələbəsini haqqın, ədalətin qələbəsi bildi, müəyyən mənalı, öz qələbəsi bildi. Bu, qardaşlığın mənəvi sarsılmazlığının ifadəsiydi.

Bu günlərdə Laçın rayonunda Türkiyə ilə Azərbaycan arasında birgə təlim keçirildi, hər iki dövlətin xüsusi təyinatlıları qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdi. “TurAz Şahini – 2021” təlimləri də davam etməkdədir. Bu təlimlərin mahiyyətini Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təlimi tamamlayır.

Bu bayraqların hər biri dünyəvilik, bəşərilik rəmzidir. Bu bayraqların üçü bir amal uğrunda yan-yanaşı dalğalanması dünyəviliyin, bəşəriliyin dönməzliyinin təcəssümüdür, “Türkiyə, Pakistan və Azərbaycan!” səsləşməsinin ecazkarlığıdır.

"Üç qardaş - 2021" beynəlxalq təlimi ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək, eyni zamanda, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsinə və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqlarımızı inkişaf etdirməyə imkan yaradacaqdır.

Təlimlər hər üç dövlətin ordusunun döyüş hazırlığının daha da möhkəmləndirilməsində əhəmiyyətli olacaq. əl əldən (əllərdən) yapışanda daha güclü olur, yumruq yumruqla (yumruqlarla) qoşalaşanda, biri digərinə arxa, dayaq olanda daha qüdrətli olur.

 

Səbinə Xasayeva

Milli Məclisin deputatı






Starxeber Bizi instagramda izləyin