22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Manşet / Maqazin 16.04.2019 239

"Hər səhər" proqramında yaşanan qalmaqaldan sonra müğənni Rüfət Axundov ilk dəfə efirə çıxıb.
 
operativ24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı əməkdar artist Rəşad İlyasovla birgə qeyri-etik ifadələr işlətdiyi üçün qonaq olduğu "Hər şey daxil” verilişində tamaşaçılardan üzr istəyib:




"Mən bir şeyi deyə bilərəm ki, xalqımıza görə bu yerə gəlib çıxmışıq. Xalqın gözü tərəzidir. Mənim mahnım səslənən zaman hadisə baş verib. Fonoqramın üstündə söz istifadə olunursa, burda mənim nə günahım? İndiyədək adım qalmaqallarda hallanmayıb. Həmin dövrdə məclisdə idim, özümü ələ ala bilmədim. Video açıqlama edib instaqramda paylaşdım. Səsimin üstünə səs gedirsə, bu birbaşa montaj sayılır.  MTRŞ-nin ədalətli qərarına görə təşəkkür edirəm. Əgər təqsirim varsa, üzr istəyirəm”. 

Daha sonra canlı efirə Əməkdar artist Rəşad İlyasov bağlanıb.  O da yaranan qalmaqala görə peşmançılığını dilə gətirib:

"İsti başda ağıl olmur. Dedim ki, zamana burax, özümə gəlim, sonra açıqlama yayım. Özümü tamaşaçının yerinə qoyuram, onlara haqq qazandırıram. Efirdə o variant deyil, sonradan köçürülüb, səslər aşılanıb, tembr dəyişdirilib və alt səslər qabardılıb.  İstənilən halda bəraət qazandırmıram. O sözü qəlbimi qırsalar belə heç kəsə demərəm”. 






Starxeber Bizi instagramda izləyin