22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Ermənistan ordusunda səfərbərlik başladı - 15 SENTYABRDAN...
Dünya 12.09.2021 172

Ermənistan ordusunda genişmiqyaslı təlim-məşq toplanışların keçirilməsi davam edir.

Birinci mərhələ 25 avqustda başlayıb və üç ay ərzində davam edəcək, ikinci mərhələ isə 15 sentyabrda başlayır.

Modern.az Ermənistan mediasına istinadla xəbər verir ki, hərbi müşahidəçi Narek Nersisyanın sözlərinə görə, 15 il ərzində Ermənistanda bu miqyasda təlim-məşq toplanışları keçirilməyib, baxmayaraq ki, müdafiə haqqında qanuna əsasən, onların keçirilməsi şərtidir. Lakin müdafiə büdcəsində təlim-məşq toplanışları ilə bağlı ayrıca bir maddə yoxdur.

Erməni hərbçiləri deyirlər ki, bir çoxları üçün hazırkı təlim düşərgəsinin miqyası təəccüblüdür.

"Ancaq deməliyəm ki, fövqəladə bir şey baş vermir, Ermənistan hələ də müharibə vəziyyətindədir. Hərbi-siyasi və hətta elmi baxımdan müharibə yalnız tərəflərdən biri qalib gəldikdə bitir. Təbii ki, insan və ərazi itkilər vermişik (Nəyi nəzərdə tutur, aydın deyil, çün ki heç kim Ermənistanın ərazi bütövlüyünü pozmayıb - red.), amma müharibə bitməyib. Bu baxımdan, bu cür addımlar heç kəsi qorxutmamalı və təəccübləndirməməlidir ”, - Nersisyan "Sputnik Ermənistan"-a bildirib.






Starxeber Bizi instagramda izləyin