17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Bakıda bomj ona köməklik edən kişinin arvadını zorlayıb
Kriminal 12.09.2021 177

İnsan təbiəti fərdlərə görə dəyişir, hərənin bir xarakteri və temperamenti var, bu, davranışların sərgilənməsində də özünü göstərir.

 

Ancaq yaxşılığın qarşılığında qeyri-adekvat davranışlara dair xeyli ifadələr var, bu, insanların ümumi xarakterinin göstəricisidir.

 

Yaxşılığa yamanlıq edənlərə dair "insan çiy süd əmib”, "çörəyi dizinin üstündədir” deyimləri mövcuddur, bu, bəzi adamlar üçün necə də keçərli bir ifadədir.

 

Nankorluq bəlkə də instinktivdir, bəlkə də xəstəlikdir, amma bu, başqasına qarşı qırmızı sərhədlərin aşmasına gətirib çıxaranda nəticə faciəli olur.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilən K.C. da etdikləri yaxşılıqların qarşılığında dəhşətli mənzərə ilə üzləşənlərdəndir.

 

K.C. nəticədə cinayət aktına imza atır, axı o, yardım etdiyi insanın elə hərəkətini görmüşdü ki...

 

K.C.-nın yardım əlini uzatdığı şəxs onun arvadının psixi vəziyyətindən istifadə edərək həmin qadınla cinsi əlaqədə olub.

 

Məsələnin başlanğıc nöqtəsi K.C.-nın xeyirxah və humanist təşəbbüslərinə gedib çıxır, bəlkə də son mənzərəni görəndə bir anlıq K.C. "kaş onu özümə yaxın buraxmazdım” deyib.

 

K.C. 2020-ci ilin yanvar ayında azadlığa çıxan, tüfeyli həyat tərzi keçirən Vüsal (şərtidir) adlı biri ilə tanış olur, daim ona köməklik edir.

 

Uzatdığı yardım əli elə bir səviyyəyə çatır ki, K.C. Vüsalın evində dəfələrlə olur, ona siqaret alıb verir, bir sözlə, Vüsalı yedirib-içirir.

 

K.C.-nın həyat yoldaşı psixoloji xəstəlikdən əziyyət çəkir, yaddaşını itirib, buna səbəb isə övladlarından birinin 2011-ci ildə leykoz xəstəliyindən vəfat etməsidir. K.C.-nın övladı dünyasını dəyişdikdən sonra onun xanımı gördüyü insanları övladlarının adı ilə çağırırmış.

 

K.C. 2020-ci ilin 13 martında evə gələrkən Vüsalın həyat yoldaşı ilə cinsi əlaqədə olduğunu görür, həmin vaxt ani şok vəziyyəti yaşayır. Vüsalın üzərinə atılır və əlbəyaxa olur.

 

Ona əli ilə, ayağı ilə zərbələr vurur. Sonradan ifadəsində qeyd edir ki, şok yaşadığından Vüsalla əlbəyaxa olan zaman onu neçə dəfə və necə vurduğunu xatırlamır.

 

Şokdan ayılanda isə pəncərənin altında yerdə oturmuş vəziyyətdə olduğunu dərk edir və Vüsalın aradan çıxa bildiyini də anlayır.

 

K.C. özünə gələndən sonra Vüsalın evinə gedir, onu anası qarşılayır, deyir ki, oğlu evdə deyil. K.C. isə hadisəni Vüsalın anasına danışır.

 

Həmin vaxt Vüsalın anası əli ilə dizinə, başına vuraraq oğlunu söyür, sonra K.C.-ya yalvarır ki, bu barədə polisə deməsin, çünki Vüsal cəzaçəkmə müəssisəsindən təzə çıxıb, onun yenidən "türmə”yə qayıtmasını istəmir.

 

O, Vüsalın anasına polisə deməyəcəyini bildirir, qarşılığında onun da barəsində polisə məlumat verməmələrini xahiş edir, axı K.C. Vüsalı ölümcül döymüşdü.

 

Vəziyyət sakitləşəndən sonra anası Vüsalın yarıçılpaq vəziyyətdə uzadıldığını, sinə və qarın nahiyəsində K.C.-nın vurduğu zərbələrin təsirindən yaranan iki xəsarətin olduğunu görür.

 

Həmçinin Vüsalın baş nahiyəsində də xəsarətlər olduğunu müşahidə edir. Yaralı xəstəxanaya aparılır, həkim ondan nə olduğunu soruşur, lakin bu barədə heç nə deyən olmur.

 

Hadisənin səhəri gün, yəni 2020-ci ilin martın 14-də K.C. həyat yoldaşını götürüb Masazır qəsəbəsində yaşayan oğlunun yanına aparır və heç kimə bir kəlmə də demir. Həmin gün oğlanlarını evinə çağırır və hər ikisinə hadisə barədə danışır.

 

K.C. nəhayətdə istintaqdan yayına bilmir və hadisəni onun törətdiyi polisə məlum olmur.

 

Təqsirləndirilən şəxs ifadəsində göstərir ki, Vüsala əli və ayağı ilə zərbələr vurduqdan sonra əlinə keçən, dəqiq xatırlamadığı bıçaq və ya burğac, yaxud digər ucu iti alətlə onun bədəninin müxtəlif nahiyələrinə vurub.

 

İstintaq materiallarına əsasən, Vüsal qonşusu Faiqdən K.C.-nın həyat yoldaşı barədə soruşubmuş, səbəb isə bu idi ki, bir dəfə Vüsal K.C.-nın həyat yoldaşına salam versə də, o, baxıb və heç bir cavab verməyib. İstintaq müəyyən edib ki, Vüsal K.C.-nın həyat yoldaşının xəstəliyi barədə məlumatlı olub.

 

Nəhayət, Vüsal aldığı ağır xəsarətlərdən 2020-ci ilin martın 17-də ölür.

 

Ekspertiza isə müəyyən edir ki, K.C. əslində cinayət törədən zaman hərəkət və emosiyalarını idarə etmək qabiliyyətində olub.

 

Bu ilin avqustun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.C. Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma) K.C. 5 il müddətinə azadlıqdan məhrum edilib.

///Oxu.az






Starxeber Bizi instagramda izləyin