17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"YAP dəyişiklik istəyirsə, özündən başlamalıdır"
Siyasət 11.09.2021 1 504

Natiq Cəfərli: "Parlamentdə 70-ə yaxın deputatı var, amma fraksiyası və qanunvericilik təşəbbüsü yoxdur"

Dünən hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib və mühüm qərarlar alınıb. İclasda partiyanın rayon təşkilatlarına yeni sədrlərin təyin olunması məsələsi müzakirə edilib və Bakı üzrə 9 rayon təşkilatının sədrləri vəzifəsindən azad olunub. Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşov isə partiya sıralarından xaric edilib. R.Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilmişdi.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə yeni üzvlər daxil edilib. İclasda, həmçinin Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələri təsdiq edilib. Bununla yanaşı, YAP üzvlərinin qeydiyyatı və hesabatlılıq sisteminin yaradılması üçün maliyyə vəsaitinin ayrılmasına razılıq verilib. Hacıbala Abutalıbov, Şəmsəddin Xanbabayev və Tağı Əhmədov YAP Veteranlar Şurasına üzv qəbul olunub. Tanınmış jurnalist Alqış Musayev (Həsənoğlu) isə yenidən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru təyin olunub. Qeyd edək ki, A.Həsənoğlu əvvəllər də uzun müddət qəzetin baş redaktoru olub. Bundan əvvəl “Yeni Azərbaycan” qəzetinin baş redaktoru deputat Hikmət Babaoğlu idi. H.Babaoğlu Parlamentdə YAP deputatları üzrə əlaqələndirici vəzifəsinə seçilib. 

YAP-dakı dəyişikliklə bağlı “Şərq”ə danışan REAL sədrinin müavini Natiq Cəfərli deyib ki, Yeni Azərbaycan Partiyasının öz imicini və fəaliyyətini dəyişməsinə ehtiyac var. Partiya təmsilçisinin sözlərinə görə, nə qədər qəribə səslənsə də, Yeni Azərbaycan Partiyası hakimiyyət partiyası yox, hakimiyyətdə təmsilçiləri olan bir partiyadır:

“Bu, tamam fərqli anlayışlardır. Hakim partiya kimi fəaliyyət göstərmək üçün YAP-ın özünün fraksiyası olmalıdır. Eyni zamanda qanunvericilik təşəbbüsləri olmalıdır. Parlamentdə 70-ə yaxın deputatı var, amma fraksiyası və qanunvericilik təşəbbüsü yoxdur. Bu gün Milli Məclisdə qəbul olunan qanunların 96 faizi Prezident Administrasiyası tərəfindən təqdim edilir. Bəs YAP-ın təşəbbüsləri, qanunlarla bağlı təkliflərini niyə görmürük? Yeni Azərbaycan Partiyasının üzvləri son zamanlar hansısa ideoloji tezislərlə, təklif və təşəbbüslərlə deyil, videogörüntülərlə, neqativ hadisələrlə gündəmə gəlirlər. Bu da çox yanlışdır. Əlbəttə, biz də bəyan edirik ki, iqtidar ya müxalifət, fərqi yoxdur, şəxsi həyatla bağlı məsələni gündəmə gətirmək yolverilməzdir. İnsanlar belə məsələlərə daha həssas yanaşmalıdırlar. Amma faktiki olaraq gündəmə ardıcıl belə arzuolunmaz hadisələrlə gəlməyin özü yaxşı tendensiya deyil”. 

N.Cəfərliyə görə, YAP siyasi partiya sisteminin yaxşılaşmasına, rəqabətli mühitin genişlənməsinə çalışmalıdır:

“Əgər bunu həqiqətən istəyirsə, o zaman dəyişikliyə özündən başlamalıdır. Bu gün hansısa gənc YAP-a üzv olmağı özünə karyera qurmaq metodu kimi istifadə etməməlidir. Yeni Azərbaycan Partiyası bizim siyasi rəqibimizdir. Onlara uğurlar arzu edirəm. Ümid edirəm ki, YAP ölkədəki keyfiyyətli siyasi diskusun yaranmasına töhfə verəcək”. 






Starxeber Bizi instagramda izləyin