Miri Yusif Bagir kimi tanınan stilist Yusif Bağırov yeni saç trendlərindən danışıb.
BiG.AZ -ın qonağı olan stilist bildirib ki, bu il trendə düşən saç stilləri ötən ilki stillərdən fərqli olmayacaq:
"2021-ci ilin trendə düşən saç stilləri əvvəlki illərin yəni, 2018 və 2019-cu illərdən qalan saç stilləri davam edir. Bu bütün dünyada belədir.
İstər "Dolce-Gabani", "Giorgio Armani", "Louis Vuitton" və.s ümumi konsepsiyada olan dünya brendləri öz 2018 və 2019-cu ildə olan moda stilllərini davam etdirir. Bunun da ən başlıca səbəbi COVİD-19 pandemiyasıdır. İnşallah 2022-ci ildə biz yeni stillərlə tanış olacayıq. Hamımız bilirik ki, moda İtaliyadan dünyaya yayılır. İtaliyada nə saç modası olursa ordan dünyaya yayılır. İnanırıq ki, 2023-2024-cü illərdə Azərbaycanda da bu saç modaları olacaq. Hətta bu bizim öz salonumuzdan başlayacaq. Biz Azərbaycanda bir ilk yaratmaq istəyirik. yeni bir saç stili yaratmaq istəyirik. Onu da 2023-cu ilə planlaşdırmışıq".
Qeyd edək ki, Yusif Bağırov Süleyman Rüstəm 60/44 ünvanında yerləşən "Elixir studio" salonun sahibidir. Salonda hazırda bəylər üçün manikür, pedikür, saç kəsimi, saqqal kəsimi,lazer epilyasiyas, üz baxımı və bir çox kosmetoloji xidmətlər göstərilir.