17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Rusiya və Belarus iqtisadiyyatlarını birləşdirir
Dünya 10.09.2021 419

Dünən Rusiya və Belarus prezidentlərinin görüşündə əldə edilən razılaşmaya əsasən, iki ölkə yaxın gələcəkdə vahid iqtisadi məkan yaradacaq. Razılaşmaya uyğun olaraq qaz, neft, neft məhsulları və elektrik üçün ümumi bazarlar formalaşdırılacaq. 

Operativ24.Az xəvər verir ki, iki dövlət 28 müttəfiqlik proqramını qəbul edib. Bu proqramlar iqtisadiyyatın müxtəlif sahələrinə aid qanunvericiliyi eyniləşdirmək və şirkətlər üçün eyni imkanların yaradılmasını nəzərdə tutur. 

Digər bir razılaşmaya görə, belaruslular 2022-ci ildə də rus qazını builki qiymətə alacaqlar. Gələn il Belarus Rusiya qazının 1000 kubmetri üçün 128,5 dollar ödəyəcək. 

2023-cü ilin dekabrın 1-nə kimi iki ölkə İttifaq Dövləti daxilində vahid qaz bazarının yaradılması haqqında sənəd imzalamaq niyyətindədir. 

Ölkələr eyni zamanda vahid makro-iqtisadi siyasət, pul-kredit siyasətinin uyğunlaşdırılması, gömrük və vergi sahələrində daha böyük əməkdaşlıq barədə razılığa gəliblər.

Belarus və Rusiya bütün dolayı vergiləri (aksiz və əlavə dəyər) uyğunlaşdırmaq və bu prosesləri idarə edəcək bir orqan yaratmaq üçün vahid bir metodologiya yaratmağa razılaşıblar. 






Starxeber Bizi instagramda izləyin