10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Rüşvət alarkən yaxalanan Mahir Xəttabı neçə il həbs gözləyir? - AÇIQLAMA
Kriminal 10.09.2021 298

Xəbər verdiyimiz kimi Binəqədi rayon Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərlinin (Xəttab) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşovdan 2 min manat alarkən yaxalanan jurnalist 3 ay müddətinə həbs edilib.

Maraqlıdır, cinayət işinin yekununda Mahir Xəttaba hansı cəza tətbiq edilə bilər?

Məsələ ilə bağlı Sfera.Az-a danışan hüquqşünas Turan Abdullazadə jurnalistin 5 ilədək həbs edilə biləcəyini deyib:

"Qeyd etdiyiniz jurnalist barəsində Ramiz Göyüşovu videosunu yaymaqla şantaj edərək 2000 manat pul istəməyinə dair əsaslı şübhələr yarandığı üçün barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Bu isə o deməkdir ki artıq jurnalist barəsində cinayət işi başlanıb, 3 ay ərzində istintaq aparılacaq və jurnalist istintaq müddəti gedişində istintaq təcridxanasında saxlanılacaq. Daha sonra toplanılmış materiallar baxılması üçün müvafiq məhkəməyə göndəriləcək. Jurnalistin təqsirləndirildiyi əməldə təqsiri sübuta yetirilərsə, o zaman ona Cinayət qanunvericiliyinə müvafiq qaydada məhkəmə tərəfindən cəza təyin ediləcək. 
 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".






Starxeber Bizi instagramda izləyin