UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin I turunda keçiriləcək "Qarabağ” – "Bazel” (İsveçrə) oyununun biletləri satışa çıxarılıb.
Operativ24.Az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat və 40 manat təşkil edir.
Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.